Rasion tərtib olunmasında ardıcıllıq:
► | Bir baş XBH-nin orta diri çəkisini (X) müəyyən edirik. |
► | Kataloqda əmsallardan istifadə etməklə yemləri quru maddəyə çeviririk. |
► | QM-yə çevirmə əmsalları: dənli bitkilər - 0.85, quru ot - 0.87, çuğundur - 0.18, jmıx - 0.9, yaşıl kütlə - 0.23. |
► | 1 kq quru maddənin strukturunu müəyyən edirik |
► | Qoyunlar üçün rasionda quru ot 70%, dənli bitkilər 20%, mineral yem əlavələri 2%. |
► | Rasion tərtib edərək XBH-ın cəmi diri çəkisini hesablayırıq. |
► | Alınan rəqəmi 100-ə bölür və Y rəqəminə ( Y=8- 0,25x X*) vururuq. *-5-15kq diri çəkisi olan XBH-ın bir başının orta diri çəkisidir. Nəzərdə tutduğumuz XBH qrupu üçün zəruri quru maddənin miqdarını müəyyən edirik. |
► | Quru maddəni yemlər arasında bölür (quru maddənin strukturuna əsasən) və əmsallarından istifadə etməklə yemə çeviririk. Bununla XBH-ın fizioloji və nəzərdə tutulan çəki artımı tələbatını ödəyəcək rasionu tərtib edirik. |
Nümunə:
100 baş (hər birinin diri çəkisi 14 kq olan) quzuya qışdövrü üçün rasion hesablayaq: |
Orta diri çəki = 14 kq Dənli bitkilər - 0.85, quru ot - 0.87, çuğundur - 0.18 1 kq quru maddənin strukturu: XBH üçün - quru ot 70%, dənli bitkilər 20%, çuğundur 8%, mineral yem əlavələri 2 %. Ümumi diri çəki(100 baş XBH) = 1400 kq Y = 8 - 0,25 x 14, ¥=4,5, 14 x 4,5 = 63 kq QM Quru ot 63 x 70% = 44,1 kq, natural yem=44,1X100/87=50,7kq Dənli bitkilər 63 x 20%-12,6 kq, natural yem= 12,6 x 100/85=14,8 kq Çuğundur 63 x 8%= 5kq, natural yem = 5 x 100/18= 28 kq Mineral yem əlavələri 63 x 2% = 1,26 kq (NaCL-1 kq, tabaşir mikroelement qatışığı - 0.26 kq) Beləliklə, biz 100 baş XBH-ın qışlama dövründə yemlənməsi üçün rasion tərtib etdik. Bundan sonra heyvanlar üçün zootexniki normalar əsasında rasionu balanslaşdırmaq lazımdır. Bizim nümunədə əgər 100 baş XBH bir gündə 20 kq çəki artımı verirsə, 4,5x 0,2 = 0,9 kq quru maddəni rasiona əlavə edirik: quru ot- 0,7 kq, dənli birkilər-0,2 kq, çuğundur- 0,4 kq, mineral yem əlavəsi - 20 qram |