Siz bu təlimdə heyvan orqanizminin saxlayıcı və məhsuldarlıq enerjisi və həmin göstəricilər üzrə cədvəllər istifadə edərək, heyvan orqanizminin quru maddə ehtiyacı əsasında yem müvafiq yem rasionlarını tərtib edəcəksiniz. Yem rasionunun balanslaşması üçün vacib göstəricilər barədə məlumatlarınızın artması sayəsində fermer təsərrüfatında yemləmə üzrə mütəxəssis kimi fəaliyyət göstərə biləcəksiniz.
4.Yem rasionunun hesablanması
4.1
Yem rasionu və onun tutulma məqsədi
Yem rasionu heyvanların gündəlik zəruri qida maddələrinə və enerjiyə olan fizioloji ehtiyacını (fizioloji sağlamlığı və məhsuldarlığı nəzərə alınmaqla) ödəmək üçün hesablanmış yemlərin məcmusudur.
Rasionlar heyvanların cins-yaş qrupları, məhsuldarlığı, mövcud yem bazası nəzərə alınmaqla aylıq, mövsümi və illik hazırlanır.
Rasionun tutulma məqsədi mövcud kənd təsərrüfatı heyvanlarının cins-yaş qrupu, təsərrüfat istiqaməti, məhsuldarlığı, yem bazası nəzərə alınmaqla davamlı olaraq keyfiyyətli yemlənməsini təşkil etmək, səmərəli məhsul istehsalına nail olmaq, təsərrüfatın rentabelliliyini təmin etməkdir.
4.2. Yem rasionunun balanslaşması üçün vacib göstəricilər
Yem rasionunun balanslaşma göstəriciləri:
►
Quru maddə;
►
Enerji tələbatı;
►
Mənimsənilə bilən protein;
►
RAB (rubesdə azot balansı);
►
Xam sellüloza;
►
Mineral maddələr: Ca, P, Na
4.2.1 Zəruri ilkin məlumatlar
Yem rasionu tərtib etmək üçün aşağıdakı göstəricilər dəqiqləşdirilməlidir:
►
Heyvanın diri çəkisi;
►
Laktasiya dövrü;
►
Gündəlik süd sağımı, kq;
►
Südün yağlılığı, %;
►
Südün zülal tərkibi, %;
►
Gün ərzində yeyilən yemlər, kq quru maddə;
►
Yemlər;
►
Yemlərin enerji qidalılığı