MODULUN SPESİFİKASİYASI
Məqsəd:
"Heyvanların yemlənməsi" modulunda k/t heyvanlarının düzgün yemlənməsinin əsasları və yem bitkiləri haqda mühüm biliklər aşılanır. Təhsil alan mühüm yemləri, onların müxtəlif heyvanlar üçün istifadə imkanlarını və heyvanların məhsuldarlığına təsirini qiymətləndirə bilir.
Onlar yem rasionun tutulmasında yemlərin qiymətləndirmə sistemlərini istifadə edə bilir və yem rasionunu hazırlaya bilir.
Tədrisin məqsədi | Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) | Tədrisin məzmunu (praktiki məşğələlər) |
A. Mühüm yem bitkilərinin tərkibini bilir. | Yem bitkilərinin tərkibi: quru kütlə, üzvi maddələr (karbohidratlar, yağlar, sellüloza, protein), qeyri-üzvi maddələr, mineral maddələr və vitaminlər, qaba və qüvvəli yemlər. | 7 | Yem bitkilərinin(qaba yem və alınmış qüvvəli yemin) qiymətləndirilməsi. |
B. Təcrübədə tətbiq edilən yem bitkilərinin qiymətləndirmə sistemi və qiymətləndirmə cədvəlləri ilə işləyə bilir. | Yem bitkilərinin qiymətləndirmə sistemi. Ümumi və xalis enerji həcmi, məhsuldarlıq səviyyəsindən asılı olaraq müxtəlif k/t heyvanlarının tələbat normaları. | 8 | Yem bitkilərini qiymətləndirmə cədvəlinə əsasən qiymətləndirmək. |
C. Tələbə uyğun yem rasionlarını hesablaya bilir. | Minimal və yüksək məhsuldarlığa görə tələbat, quru kütlə qəbulu, enerji və zülal balansı, iqtisadi səmərəlilik. | 5 | Yem rasionu hazırlamaq. |