Senaj:
► | Yaxşı keyfiyyətli senaj qəhvəyi-yaşıl rəngdə, bərk, meyvə qoxulu olur. |
► | Nəmliyi 40-45% olur. |
► | pH 4,8-5,3-dür. |
► | Quruluşu saxlanılmış olur. |
► | Orta keyfiyyətli senaj parlaq yaşıl rəngli olur və ya saman rəngindən sarı rəngə, tünd qəhvəyi rəngə (yonca senajı) dəyişir, təzə bişirilmiş çörəyin zərif qoxusunu verir. |
► | Nəmliyi 55%-dək olur |
► | Xarab olmuş senaj tünd qəhvəyi və ya qara rəngdə olur, xoşagəlməyən peyin iyi verir, hər zaman göbələyə yoluxmuş, yapışqan olur (pH 6-8), heyvanları belə senajla yemləmək olmaz. |
► | 55%-dən yüksək nəmliyi olan senaj silos sayılır. Torpaqla çirklənmiş və ya göbələklənmiş hissə təmizlənərək zərərsizləşdirilir. |
Saman:
► | Vələmir və buğda samanı açıq-boz zolaqlarla parlaq sarı rəngdə, darı samanı isə yaşıl rəngdə olur. Saman təravətli, parlaq və möhkəm olur. Yağış altında qaldıqda saman parlaqlığını itirir, tündləşərək sarı və ya tünd boz rəng alır. |
► | Xoş, müvafiq dənli bitkiyə məxsus qoxusu var. Xarab olmuş saman çürük, kifli şəkildə olur. |
► | Heyvanları tərkibində 10%-dən artıq mexaniki qatışığı, 10% çürümüş, göbələklənmiş, 1%-dən artıq (və ya 200 qramdan) zəhərli bitkilər olan samanla yemləmək olmaz. |
► | Keyfiyyətli samanın nəmliyi 17% civarında olmalıdır. |
► | Diqqətli baxış zamanı göbələyə yoluxmuş samanı müəyyən etmək olur. Göbələyə yoluxmuş samanın üzərində qara his olur, mikroskopla dəqiqləşdirilir. |