3.5.3 Qaba yemlərin keyfiyyətinin orqanoleptik qiymətləndirilməsi
Qiymətləndirmə qaydaları:
Quru ot:
► | Yüksək keyfiyyətli quru ot növ tərkibindən, tədarük və saxlanma şəraitində asılı olaraq müxtəlif çalarlarda, əsasən, yaşıl rəngdə olur. Quru otun keyfiyyəti gün işığında yoxlanılır. Keyfiyyətsiz quru ot qəhvəyi rəngdən qara rəngədək dəyişir. |
► | Spesifik-xoş qoxulu olur. Keyfiyyətsiz ot çürük, kifli, xarab şəkildə olur. Daha dəqiq müəyyən etmək üçün bir qədər xırdalanmış quru otu stəkanda qaynar (6o°C) suya töküb, ağzı bağlı halda 2-3 dəqiqə saxlayırıq, daha sonra isə qoxusunu müəyyən edirik. |
► | Nəmliyi 15%-dək olduqda ot quru vəziyyətdə olur, ələ götürüləndə bərkliyi hiss olunur, qatlananda tez qırılır, burulanda xışıltı səsi gəlir; nəmliyi 17-20% olduqda otun bərkliyi zəif olur, qatlayanda və burulanda qırılmır; nəmliyi 20-23% olanda otun nəmliyi əldə hiss olunur, burulanda səthində nəm (su) əmələ gəlir. |
► | Heyvanları mexaniki qatışığı 10%-dən yuxarı olan otla yemləmək olmaz. Mexaniki qatışığı müəyyən etmək üçün brezent və ya qəzetin üzərində nümunə silkələnilir, mexaniki qatışığın çəkisinin nümunənin ilkin çəkisinə nisbəti faizlə ifadə olunur. |
► | Quru otun tərkibində 1%-dən və ya 200 qramdan artıq zəhərli bitkilər olarsa, heyvanların yemlənməsində istifadə etmək olmaz. |