e. Faktiki olaraq yemin yeyilməsinin yoxlanılması addımında hazırlanmış rasion yoxlanılır (bir
tərəfdən yemin keyfiyyəti, digər tərəfdən yemləndirmə texnologiyası)
-
İBM-nın yemlənmə kriteriyaları:
-
Silosun doğranma keyfiyyəti
-
Silosun tövlədə saxlanma müddəti
-
Ayrı-ayrı yemlərin verilmə ardıcıllığı
-
Axurun xarici görünüşü (sürüşkən, adi qoxulu döşəmə və ya bərk materialdan əyri-üyrü
döşəmə),
-
Yemlərin növ sayı və xarici görünüşü,
-
Su kasalarının sayı, təmizliyi, yerləşmə ardıcıllığı, işlək vəziyyətdə olması və yem
avtomatlarının təmiz və işlək vəziyyətdə olması (əgər mövcuddursa),
-
Heyvanların istirahət pauzası (ən azı 50%)
-
İfrazatın rəngi və quruluşu
-
Əlbəttə ki, heyvanın faktiki yediyi yem
Yem paylanma sistemi də rasion tərtibatında nəzərə alınır (avtomatlaşdırılmış sistemlə əl ilə paylanma
sistemi arasındakı yemlərin itki ehtimalı üzrə fərq nəzərə alınır).
Rasionun hesablanmasında yuxarıda qeyd olunan fəaliyyətlər həyata keçirildikdən sonra yemlərin kimyəvi
tərkibi, zəruri enerjini qarşılamaq imkanı və qida maddələri əsas götürülür. Ən real rasion heyvanın
faktiki yediyi hesab olunur. Tərtib edilmiş rasiondakı yemlər heyvan tərəfindən tam yeyilmədikdə,
rasiona yenidən baxılır.
k. Faktiki məhsuldarlığın qiymətləndirilməsi mərhələsində tərtib olunmuş rasionla məqsədə çatma
müqayisə olunur. Rasion effektivliyi məhsuldarlığa təsiri ilə qiymətləndirilir.
-
Kriteriyalar (inəklər üçün):
- Laktasiya əyrisinin istiqaməti
- Südün tərkibində qida maddələrinin miqdarı (yağ, zülal üzrə göstəricilər və karbamid
tərkibi);
- Laktasiyanın ayrı-ayrı dövrlərində heyvanın vəziyyəti
l. Rasionun dəqiqləşdirilməsi
-
Rasionun dəqiqləşdirilməsi (korreksiyası) faktiki məhsuldarlıq və iqtisadi məqsədə çatma
dərəcəsi nəzərə alınmaqla aparılır. Beləliklə, balanslaşdırılmış yem rasionu tərtib etməyin
kağız üzərində və ya bilgisayarda riyazi hesablama aparmaqdan ibarət olmadığını dərk edərək,
yuxarıda izah edilən fəaliyyətlərin sadə məntiqi ardıcıllıqla həyata keçirilməsi hesabına
qarşıya qoyduğumuz məqsədə çatırıq.