Rasionun tərtibində fəaliyyətlərin ardıcıllığı gözlənilməlidir:
a. Yemlərin vizual qiymətləndirilməsi və analizi şəxsi yem bazasını:
-
Yemlərin qidalılığı cədvəli;
-
Yemlər laboratoriyada analiz olunur;
-
Yemlərin vizual qiymətləndirilməsi davamlı həyata keçirilir (yemin keyfiyyətinin qorunub
saxlanılmasıda kənarlaşmaları aradan qaldırmaq üçün).
b.
Məhsuldarlığın qiymətləndirilməsi (bonitirovkası) - rasion məhsuldarlığı nəzərə alınmaqla müəyyən
heyvan qrupuna yönlənilir.
-
Dri çəki;
-
Bədən vəziyyəti;
-
Fizioloji vəziyyəti (boğazlıq, laktasiya dövrləri);
-
Yem vərdişləri
-
Məhsuldarlıq (faktiki süd sağımı, çəki artımı, yumurta vermə qabiliyyəti);
-
Maddələr mübadiləsinin normal olması və s.;
-
Balanslaşdırılmış rasion vasitəsilə təsir oluna biləcək digər faktorlar.
c.
Yemlənmə şəraiti və yemlərin yeyilməsi barədə məlumat heyvanın gün ərzində qəbul etdiyi quru maddə
ilə müəyyən olunur:
-
Heyvanlara verilən yemlər çəkilir,
-
Qalıq yemlər çəkilir,
-
Faktiki yeyilən yem hesablanır (verilən yemdən qalıq yem çıxılır),
-
Yeyilmiş yemlər heyvanların sayına bölünür,
-
Hər bir heyvanın yediyi yemin quru maddəsi hesablanır
d. Rasionun hesablanması yuxarıdakı ardıcıllığa əməl olunmaqla heyvanların gündəlik zəruri qida
maddələrinə və enerjiyə olan fizioloji ehtiyyacı əsasında həyata keçirilir.