3.2
Yemlərin zülal (protein) tərkibinə görə qiymətləndirilməsi
Protein qidalılığı - yemin heyvanların zülal və amin turşularına olan tələbatını təmin etmək
xüsusiyyətidir.
► | Xam protein |
► | Həzmə gedən protein |
► | Həll olan və parçalana (NH3 və amin turşularına) bilən protein, əvəzolunmaz amin turşuları (10 ədəd), |
► | Kritik əvəzolunmayan amin turşuları (lizin, metionin, triptofan), |
► | Yarım əvəzolunmayan amin turşularının (sistin, tirozin, sitrulin, oksilizin, ornitin) miqdarı ilə müəyyən olunur. |
Yemlərin qidalılığının qiymətləndirilməsi obyektiv olaraq proteinin bioloji dəyərliliyinin
qiymətləndirilməsidir. Dyakovun formulu:
Proteinin bioloji dəyərliliyi (PBD) = (N yem - N peyin -N sidik) x 100% / (N yem - N peyin) PBD
- heyvan orqanizmi tərəfindən mənimsənilən azotun həzmə gedən azota nisbətinin faizlə ifadə
olunmasıdır.