2 .4.3 Balıq unu
Balıq unu yüksək keyfiyyətli protein və yağlarla zəngindir. Tərkibində əsas amin
turşuları:
► Metionin;
► Treonin;
► Triptofan var
Balıq unu qüvvəli enerji mənbəyidir. Tərkibində 50-80% protein və həzm olunan
yağlar olmaqla enerji dəyəri digər yemlərdən yüksəkdir. Balıq unu heyvan orqanizmi
tərəfindən mənimsənilə bilən fosforla da zəngindir. Vitamin tərkibi:
► B vitaminlər qrupu (xolin, biotin, B12)
► Vitamin A
► Vitamin
Şəkil 33. Balıq unu
2.5. Zülalsız azotlu birləşmələr (ZAB)
ZAB - həzmə gedən gövşəyən heyvanların yem rasionundakı proteinin müəyyən
hissəsinin əvəz oluna bilindiyi sintetik azotlu maddələr qrupudur. İBM-nın mədəsinin
rubes bölməsində ureaza fermentinin təsiri ilə ZAB ammonyak və CO2 alınmaqla
parçalanır. Həzm sistemində ammonyakdan zülal istehsalı üçün lazım olan amin
turşuları sintez olunur. ZAB gövşəyən heyvaların rasionunda protein defisiti zamanı
istifadə olunur. Belə məqamlarda heyvanların rasionu enerji və mineral-vitamin
nisbəti üzrə balanslaşdırılmasına diqqət olunur. Heyvanların yemlənməsində ZAB
istifadə olunması üçün rasionun tərkibində orqanizm tərəfindən tez mənimsənilə bilən
karbohidratlar (şəkər və nişasta) olması zəruridir. Heyvanlar az dozalarla öyrədilir.
ZAB istifadə olunması heyvanların məhsuldarlığını artırır, məhsul vahidinə enerji
məsrəfini azaldır.