Üzlü süd əvəzedicisinin ("Moloqa - 2000") əsas keyfiyyət göstəriciləri aşağıdakı cədvəldə verilib (1 kq-da miqdarı):
Cədvəl 3.
"Moloqa-2000" -nin əsas keyfiyyət göstəriciləri
Yağ, minimum | 10,0% | 12,0% | 16,0% | 20,0% |
Protein, minimum | 23,0% | 23,0% | 23,0% | 23,0% |
Nəmlik, maksimum | 5,0% | 5,0% | 5,0% | 5,0% |
Kül, maksimum | 8,0% | 8,0% | 7,0% | 7,0% |
Karbohidratlar, minimum | 53,0% | 51% | 48,0% | 43,7% |
O cümlədən laktoza | 39,9% | 39,0% | 35,5% | 31,0% |
Sellüloza | 1,0% | 1,0% | 1,0% | 1,3% |
Üzlü süd əvəzedicisinin hazırlanma qaydası:
Lazım olan 50-55°C təmiz suyun yarısı qaba tökülür;
Tələb olunan qatılığı almaq üçün lazım olan ÜSƏ-ni 0,7-1 litrə 100 qram hesabilə əlavə etməklə yaxşı qatışdırılır;
Suyun qalan hissəsini əlavə etməklə temperaturu 38-40°C-yə çatdırılır;
İçirmə başlanır;
Qabların təmizliyinə riayət edilir;
İçirilməsi prosesi izlənir;
Periodik içməli su analiz etdirilir.
Üzlü süd əvəzedicilərinin tərkibində çox sayda makro elementlər, vitaminlər və digər dəyərli qida maddələri mövcud olur. Məs., "Moloqa - 2000" tərkibi: