Taxıl cinsinə mənsub dənli bitkilər quruluş etibarilə çılpaq və qabıqlı olur:
Taxıl bitkilərinin tərkibində, əsasən, asan həzm olunan qida maddələrindən ibarət olmaqla, 70%-dək nişasta, 8-20% zülal, 2,2-10,5% sellüloza, 1,5-4% mineral maddələr, 2-8% yağlar var. Heyvanların rasionu enerji, zülal və bir sıra mineral maddələr üzrə taxıl bitkiləri hesabına tənzimlənir.
Şəkil 20. Taxıl fəsiləsinə mənsub olan dənli bitkilər
2.2.2 Paxlalı bitkilər
Paxlalı bitkilər (yem noxudu, soya və s.) yüksək zülal və mineral maddə tərkibi ilə fərqlənir, ancaq karotin tərkibi və soya istisna olmaqla yağ tərkibi zəifdir. Azotsuz ekstraktiv maddə nişastadan ibarətdir.
Qida maddələrinin həzmolunma qabiliyyəti yüksəkdir, lakin proses çətinliklə gedir. Heyvanların rasionunda miqdarının artırılması bəzən həzm olunma prosesini əngəlləyir (bağırsaq meteorizmi). Zülal tərkibinin yüksək olması paxlalı bitki qabığının karbohidrat tərkibli yem rasionlarına əlavə olunmasına imkan verir.