2.1.4. Bostan, tərəvəz bitkiləri
Bostan (yem balqabağı, qarpız və s.) və tərəvəz (yem kələmi və s.) bitkiləri südqovucu xüsusiyyətə malikdir. Heyvanlar tərəfindən yaxşı yeyilməklə rasionun həzmə getməsi və qida maddələrinin mənimsənilməsini intensivləşdirir. Süd məhsuldarlığından asılı olaraq cins inəklərə bir gündə 50 kq-dək yem balqabağı verilir. Saxlanma yerlərində quru hava şəraiti və 1-4 oC istilik olmalıdır.
2.2. Qüvvəli yemlər
Qüvvəli yemlər enerji ilə zəngindir, tərkiblərində az miqdarda sellüloza var. Bu donuz
və quşların yemlənməsində əsas tələblərdən biridir. Gövşəyən heyvanlar və atlara
qüvvəli yem əsas yemləri tamamlamaq üçün verilir.
Əsas qüvvəli yemlər aşağıdakı kimi təsnifləşdirilir.
2.2.1 Taxıl bitkiləri
Taxıl fəsiləsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır: