d) | Optimal nəmlik 65-75% olmalıdır. Nəmlik 80-85% olduqda konservləşmə prosesi zəifləyir. |
2.1.3. Kökümeyvəlilər və köküyumrular
Kökümeyvəlilər və kökyumruları əsas rasionu tamamlamaq üçün istifadə olunur.
Südqovucu xüsusiyyətinə görə doğuşun ilk aylarında sağmal inəklərin rasionuna əlavə olunur. Bu yemlər, əsasən, qış aylarında mal-qaranın yemlənməsi üçün tədarük olunur. Yem çuğunduru, yarımşəkər yem çuğunduru, şəkər çuğunduru, yem kartofu, yerkökü qış aylarında quru yemlərlə birgə rasiona əlavə olunmaqla yemlərin həzm olunması və qan-limfa sisteminə sorulmasını intensivləşdirir.
Kökümeyvəlilərdə və köküyumrularda Ca, P, Protein cüzi miqdardadır. Lakin çuğundurun tərkibi şəkərlə, yem kartofu nişasta ilə, qırmızı və sarı yerkökü karotinlə zəngindir. Məhsuldarlığı nəzərə alınmaqla sağmal inəklərə gündə 30 kq-dək yem çuğunduru verilir. Kökümeyvəlilər və köküyumruların tərkibində 70-90% su var. Qış ayları üçün tədarük edilərkən saxlanma şəraiti nəzərə alınır. Saxlandığı yerdə quru hava şəraiti və 1-2 oC istilik olmalıdır.