c) Siloslaşmayan bitkilər (şəkər ehtiyatı həddindən artıq aşağıdır).
Silos, əsasən, aşağıdakı bitkilərdən hazırlanır:
► | Qarğıdalı; |
► | Günəbaxan; |
► | Birillik və çoxillik otlar |
► | Çuğundur şalğamı (siloslaşdırılması doğranmış saman və ya küləşlə birlikdə aparılır). |
Yüksək keyfiyyətli silos hazırlanması üçün optimal şərait yaradılması vacibdir. Silos hazırlığında optimal şərait aşağıdakı faktorlardan asılıdır.
► | Xammalın münbit kimyəvi tərkibi |
► | Anaerob şəraitin (hava daxil olmaması) yaradılması |
► | 25-30 Co istiliyin təmin olunması |
Silos hazırlanma prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir.
Şəkil 13. Silosun hazırlanma prosesi
Silosun keyfiyyətinə təsir edən amillər aşağıdakılardır:
a) | Silosluq yaşıl kütlənin inkişaf fazasından asılı olaraq bitkinin quru maddə tərkibi təxminən 190-425 qr/kq arasında dəyişir. Həzmə gedən üzvi maddələrin miqdarı 54-63% arasında dəyişir. Suda həll olan karbohidratlar süd-mum fazasında maksimum əhəmiyyətli olur. |
b) | Silosluq kütlənin xırdalanması mikroorqanizmlərin inkişafı üçün münbit mühit olan hüceyrə şirəsinin ayrılmasını intensivləşdirir, hüceyrələrin məhv olma prosesinin müddəti qısalır, siloslaşmış kütlənin sıxlaşmasına şərait yaranır. |
c) | Siloslaşmış kütlənin sıxlığı öz növbəsində temperatur rejimini tənzimləyir. Güclü sıxlaşdırma süd-turşu bakteriyalarının anaerob şəraitdə inkişafını dayandırır. Zəif sıxlaşdırma isə anaerob mikrofloranın uzun müddət inkişafına şərait yaratmaqla temperaturun artmasına da təsir edir (45-50 °C ). Nəticə etibarilə həzmə gedən protein itkisi baş verir və silosun yanması prosesi başlayır. |