Həmin maddə makroelementlərdən və mikroelementlərdən ibarətdir.
1.4. Vitaminlər
Vitaminlər həyat üçün zəruri maddələrdir. Onlar
müəyyən hüceyrələrin yaranması və fəaliyyətinə
(yağda həll olunan vitaminlər), ferment komponentləri
kimi maddələr mübadiləsinin tənzimlənməsinə (suda
həll olan vitaminlər) sərf olunur. Hər bir vitaminin
orqanizmdə öz funksiyası var və digər vitaminlə
əvəz oluna bilməz. Rasionda vitamin çatışmazlığı
avitaminoz xəstəliyinin yaranmasına, normadan
artıq olması isə hipervitaminoza (xüsusilə D vitamini)
səbəb olur. Yağda həll olunan vitaminlər - A, D, E,
K. Suda həll olan vitaminlər - B1, B2, B6, B12, C,
nikotin turşusu, kolin, pantoten, fol turşusu, biotin
və s. Vitaminlər heyvanlara vitaminli ot unu və ya
preparatlar şəklində verilir.
1.5. Yem əlavələri və mineral maddələr
Yem əlavələri - qida maddələri və bioloji aktiv
maddələrin nisbətini tənzimləməklə heyvanın yem
rasionunda balans yaratmaq üçün istifadə olunan
istənilən əlavələrdir. Yem əlavələri yemin həzmolunma
qabiliyyətini və heyvan orqanizmi tərəfindən
mənimsənilmə (qan və limfa sisteminə sorulma)
%-ni artırmaqla istehsal olunacaq heyvandarlıq
məhsulunun səmərəliliyini və keyfiyyətini artırmaq
üçün istifadə olunur.
Mineral maddələr dedikdə C, H, O, N elementlərindən başqa bütün elementlər nəzərdə tutulur. Heyvanların orqanizmində 30-35 mineral maddəyə rast gəlinir ki, bunlardan da 15-20-si həyat üçün zəruri hesab olunur. Mineral maddələr mikro (Fe, Cu, Mn, Zn, Co, J, Se və s.) və makro (Ca, F, K, Na, Mg, Cl, S və s.) elementlərə bölünür.
Mineral maddələrin heyvan orqanizmində funksiyaları:
a) | Skeletin (dayaq-hərəkət sistemi) qurulması üçün xammaldır; |
b) | Bioloji aktiv maddələr və maddələr mübadiləsi tənzimləyicilərinin tərkib hissəsidir; |