1.2.2. Karbohidratlar
Karbohidratlar - yemlərin quru maddəsinin əsas hissəsini təşkil edir. Heyvan orqanizminin demək olar ki, bütün toxumalarının tərkib hissəsi olmaqla istilik tənzimləyicisi funksiyasını da yerinə yetirir. Karbohidratlar süd yağı və heyvan orqanizminin yağ ehtiyatı sintezində əsas xammaldır. Tipik karbohidratlardan nişasta, şəkər və sellüloza bitki mənşəli yemlərin tərkib hissəsidir. Yem rasionunda asan həll olan karbohidratların (nişasta, şəkər) çatışmazlığı karbohidrat-yağ mübadiləsinin pozulmasına səbəb olur. Heyvan orqanizminə normadan artıq nişasta və şəkərin qəbul olunması həzm prosesini ləngidir.
Sellülozanı - bitki skelet maddəsi adlandırırlar. Heyvanlar pis həzm etdiyindən sellülozanın rasionda çox olması yemin qidalılığına mənfi təsir göstərir. Eyni zamanda sellüloza heyvanların həzm sistemində kifayət qədər vacib rol oynayır. Normal qaydada sağmal inəklərin rasionunda sellüloza quru maddənin 22%-ni, donuzların rasionunda 7-10%-ni, quşların rasionunda 5-7%-ni təşkil etməlidir. Qaba yemlər sellüloza ilə daha zəngindir. Taxıl bitkilərinin samanında sellüloza quru maddənin 25-40%-ni, müxtəlif ot bitkilərində 20-30%-ni, kökümeyvəli və köküyumru yemlərdə isə 0,2-2%-ni təşkil edir.
1.2.3 Yağlar
Yağlar - heyvan orqanizmindəki yağlar, əsasən,
yağ turşuları və qliserin birləşməsindən ibarətdir.
Yağ çatışmazlığı kənd təsərrüfatı heyvanlarında
avitaminoza, dəri xəstəliklərinə və törədicilərdə
cinsi zəifliyə səbəb olur. Normadan artıq yağ qəbul
edilməsi isə həzm prosesini ləngidir, piylənməyə
səbəb olur, inkişaf ləngiyir, laktasiya dövründə süd
məhsuldarlığı azalır, cinsi aktivlik zəifləyir, ət və
süd məhsullarının keyfiyyəti aşağı olur.Yağ daha çox
jmıxda, yağlı bitkilərin toxumunda, vələmirdə olur,
az miqdarda isə qaba yemlərdə , kökümeyvəli və
köküyumru yemlərdə olur.
1.3. Qeyri-üzvi maddələr
Yemlərin üzvi maddələrdən ibarət tərkibini
yandıraraq qalan küldən qum və torpağı təmizlədikdə mineral tərkibli təmiz kül qalır.