Xüsusilə doğuma az qalmış heyvanlarda həcmli yemlər və yemin tərkibində duzun miqdarı azaldılmalıdır. Həcmli
yemlərin verilməsi balanın normadan çox böyüməsinə, nəticə etibarilə isə doğuş zamanı çətinliklərə səbəb
olur. Həmçinin düzgün yemləmə aparmadıqda mastit xəstəliyi də meydana çıxır. Ona görə də yemlər verilərkən
heyvanın mövcud vəziyyəti və məhsuldarlığı nəzərə alınmalıdır.
Cədvəl 6.
İnək südü və ağız südünün tərkibi, %-lə:
Komponentlər |
Süd |
Ağız südü |
Quru maddə |
12,9 |
25,3 |
Yağ |
4,0 |
3,6 |
Protein |
3,4 |
17,6 |
Kazein |
2,5 |
4,0 |
Albumin+qlobulin |
0,5 |
13,6 |
Laktoza |
4,8 |
2,7 |
Kül |
0,7 |
1,6 |
Kalsium |
0,12 |
0,2 |
Fosfor |
0,10 |
0,20 |
Mənbə: Kənd təsərrüfatı heyvanlarının yemlənməsi, Bakl.2005
Düzgün olmayan və keyfiyyətsiz yemlərlə yemləmə heyvanların zəhərlənməsinə və tələf olmasına səbəb ola
bilər. Yaşıl yemlərin və digər zülalla zəngin olan yemlərin istifadəsi zamanı çalışmaq lazımdır ki, protein
artıqlığı hər başa 500 q-dan yuxarı qalxmasın. Yəni elə etmək lazımdır ki, əsas yem payına zülalla zəngin
yüksək enerjili qüvvəli yemlər, enerji ilə zəngin yem payına isə yüksək zülal tərkibli yemlər qatılmaqla
təbii balanslaşma təmin edilsin. Əsas yem payında mineral maddələr və vitamin balansı da gözlənilməlidir.
Əks halda məhsuldarlığın azalması, heyvanın immunitetinin zəifləməsi və maddələr mübadiləsinin pozulması baş
verə bilər.
Südün əmələ gəlməsində enerjiyə olan tələbatın ödənilməsi yemin tərkibindən və miqdarından asılıdır. Südün
tərkibində olan enerji yem payı hesabına ödənildiyindən, həzm və maddələr mübadiləsi zamanı itkilər nəzərə
alınmaqla yem rasionu tərtib olunmalıdır. Əks halda bu, məhsuldarlığın və süddə quru maddə tərkibinin
azalmasına səbəb olur ki, bu da təsərrüfatın səmərəliliyinə mənfi təsir edir. İnək südünün tərkibində quru
maddə yemləmədən asılı olaraq dəyişir, tərkibində 12,9 % quru maddə olan inək südünün və 25,3% quru maddə
olan ağız südünün tərkibinə (cədvəl 6) nəzər yetirdikdə, məlum olur ki, həmin qidalı maddələri əldə etmək
üçün heyvanın yemlənməsində zəngin keyfiyyətli yem rasionu istifadə olunmalıdır.
Boğaz inəklərdə laktasiya dövründə və dölün inkişafı müddətində enerji və protein sərfi çox deyil. Ona görə
də yem payına əlavələr etmək lazım gəlmir. Lakin doğuşa 6 həftə qalmış və qurutma dövründə dölün inkişafında
və həmçinin orqanların enerjiyə və proteinə olan tələbatında mühüm dəyişikliklər baş verir.