Cədvəl 5.
Müxtəlif heyvanlar üçün atmosfer havasının optimal temperatur göstəriciləri
Heyvanın növü və qrupu |
Temperatur, oC |
Qaramal: |
|
Yaşlı |
5-20 |
Buzovlar |
5-15 |
Qoyunlar |
5-25 |
Donuzlar: bordağa qoyulan |
16-22 |
Ana donuzlar: |
|
Fərdi dəzgahlarda saxlanan |
19 |
Qrup halında saxlanan |
14 |
Çoşqalar |
25-35 |
Mənbə: Kənd təsərrüfatı heyvanlarının yemlənməsi, Bakl.2005
Heyvanlar yalnız o zaman məhsul verir ki, orqanizmə daxil olan qida maddələrinin enerji tutumu daxili
ehtiyacdan artıq olsun.
Qida maddələrinə tələbat canlı kütlə, süd, yumurta, yun artımı və balanın inkişafına sərf olunur. Maddələr
mübadiləsində artıq istilik orqanizmdən çıxmırsa, heyvan yemi həvəslə yemir. Xüsusilə də heyvanlar hədsiz
piylənəndə və ətraf mühitdə temperatur yüksələndə yemə ehtiyac duymurlar.
İşkəmbədə optimal fermentasiya, yəni həzmin yaranması üçün quru maddədə parçalanan proteinin miqdarı 8%-dən
aşağı olmamalıdır. Bu halda mikroorqanizmlərin yeni törəmələri tərəfindən fermentasiya prosesinin optimal
vəziyyətə salınması üçün uyğunlaşma prosesi ləngiyir. Bu da heyvanın məhsuldarlığının azalmasına səbəb olur.
Heyvanların qış dövründə yemlənməsində həcmli yemlər əsas yer tutur. Yem payları tərtib edilərkən
hesablamalar həyat fəaliyyətinin saxlanması təminatı ilə yanaşı, təxminən 10 kq südün əmələ gəlməsinə lazım
olan enerji mənbəyinin miqdarına görə aparılır.
Yem payı tərtib edilərkən orqanizmin quru maddəyə, enerjiyə, ümumi və mübadilə olunan xam proteinə, həmçinin
xam sellülozaya, kalsiuma və fosfora ehtiyacı nəzərə alınmalıdır. Həcmli yemlərdə sellülozanın yem miqdarı
quru maddədə ən azı 25 % təşkil etməlidir ki, yem payını qüvvəli yemlərlə balanslaşdırdıqda onun miqdarı
18-22 % təşkil etsin. Yüksək məhsuldar inəklərdə yem payının quru maddəsində sellülozanın miqdarı 15-16
%-dən aşağı olmamalıdır. Bu da mədənin normal fəaliyyətini və süddə yağın sabit qalmasını təmin edir. Əks
halda mədədə həzm prosesi normal getmir və südün yağlılığı aşağı düşür.
Yemləmə zamanı yağlı yemlərin həddindən çox verilməsi heyvanın piylənməsinə və qısırlığa səbəb olur.