Orqanizmə daxil olan qida maddələri heyvanların
həyati funksiyalarının təminatına və məhsuldarlığına
sərf olunur. Bütövlükdə isə orqanizmin qida
maddələrinə tələbatı müxtəlif amillərdən asılıdır.
Heyvanlarda maddələr mübadiləsi dedikdə, əsasən, orqanizmdə gedən bütün mübadilə prosesləri üçün lazım olan qidalı maddələrə ehtiyac nəzərdə tutulur. Bu qida maddələrinin hansısa birinin çatışmazlığı maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Həyat fəaliyyətinin təminatına lazım olan qida maddələrinin mütləq vahidi daim artır, lakin bütün hallarda sabit qalan canlı kütlə vahidindən (0,75 CK0,75kq) istifadə olunur. Həyat fəaliyyətini saxlamaq üçün qida maddələrinə tələbata (HFQT) maddələr mübadiləsinin təminatı, yemin qəbulu və həzm edilməsi, həmçinin əzələlərin gərilməsi və istilik tənzimlənməsi aid edilir. Ətraf mühitin temperaturu optimal səviyyədə olduqda (cədvəl 5), heyvanların normal yaşaması üçün orqanizmdə gedən maddələr mübadiləsi sayəsində yaranan istilik kifayət edir. Əgər havalar soyuq və ya isti keçərsə, çatışmayan enerjinin istehsalına və ya əksinə, artıq qalan enerjinin kənarlaşdırılmasına da müəyyən enerji sərf olunur. Heyvanın növündən, yaşından və vaxtaşırı müşahidə olunan tükdəyişmə, qabıqqoyma hesabına dərinin, dərialtı piy toxumasının qalınlığından asılı olaraq, havanın optimal temperaturu münasib hədd daxilində dəyişə bilər. |