Yelinin parenximasında abses əmələ gəlir, xəstə heyvanlar arıqlayır, öskürür, burundan seroz-selikli axıntı
xaric olunur. Proses xroniki xarakter alır və qoyunlar bakteriya daşıyıcısı olurlar.
Analardan yoluxmuş quzularda bədən temperaturunun yüksəlməsi ilə iti pnevmoniya inkişaf edir, öskürək və
burundan axıntı müşahidə olunur. Xəstə quzu ölmürsə, xəstəlik xroniki hala çevrilir.
Patoloji-anatomik dəyişikliklər. İltihablaşmış yelin payı şişir, göyərir, dərialtı toxuma
infiltrasiyalaşır.
Yelinin parenximası dağılır, tünd-qırmızı rəngli, qaz qovuqcuqları ilə dolmuş olur. Limfa düyünləri şişir,
hiperemiyalaşır. Miokard boşalır, peri və endokardda qan sağıntıları, ağciyərlərdə hepatizasiya ocaqları,
kiçik irin mərkəzləri və qan sağıntıları əmələ gəlir.
Diaqnoz. Klinik əlamətlər və xəstəliyin mövsümiliyi nəzərə alınmaqla, yarmanın
nəticələrinə əsasən qoyulur.
Diaqnozu dəqiqləşdirmək məqsədilə xəstəliyin ilk 2 sutkasında götürülmüş süd nümunələri laboratoriyada
müayinə olunur.
Təfriqi diaqnoz. Xəstəliyi yoluxucu aqalaktiydan fərqləndirmək lazımdır. Aqalaktiya zamanı
mastitlə yanaşı,
göz və oynaqlarda pozğunluq qeyd olunur.
Müalicə. Sulfanilamid preparatlar və antibiotiklər tətbiq edilir. Əzələdaxili və bədən
temperaturu düşənədək
iltihablaşmış yelin payına penisillin yeridilir.
İmmunitet. Xəstəlikdən sağalmış qoyunların orqanizmində gərginliyi çox yüksək olan
immunitet inkişaf edir,
belə heyvanlar təkrar yoluxucu mastitə yoluxmurlar.
Profilaktika və mübarizə tədbirləri. Boğaz heyvanlara yaxşı qulluq və yemləmə tələb
olunur. Laktasiya
müddətində isə müntəzəm olaraq yelinə diqqət yetirmək lazımdır. Yoluxucu mastit müşahidə olunduqda, xəstə
analarla quzuları təcrid edib, müalicəyə başlamaq lazımdır. Xəstə qoyunların südü yararsızdır. Bina və
tövlələr təmizlənməli və dezinfeksiya aparılmalıdır. Quzular xəstə analardan ayrılmalı və ağızları məhlulla
diqqətlə işlənməlidir (etakridin, kalium-permanqanat). Onlara inək südü içizdirilməli və ya südü çox olan
sağlam qoyunlardan əmizdirilməlidir. Xəstəlikdən sağalmış qoyunlar 10 ay ərzində mikrobdaşıyıcı ola
bildikləri üçün onları ayrı saxlamalı, ayrı sürü halında otarmalı, ya da çıxdaş etməlidirlər.