İti gediş zamanı quşlarda ümumi zəiflik, yemdən imtina, qanadların aşağı sallanması, temperaturun 440C-yə
qədər yüksəlməsi, tənəffüsün çətinləşməsi görünür. Burun dəliklərindən köpüklü maye axır, pipik və saqqal
sianozlu olur. Quşlarda qanlı ishal başlayır və 1-2 gündən sonra ölür.
Diaqnoz. Pasterellyoza diaqnoz qoymaq üçün onun epizotoloji xüsusiyyətləri, klinik
əlamətləri,
patoloji-anatomik dəyişiklikləri nəzərə alınmalı və bakterioloji müayinə aparılmalıdır.
Təfriqi diaqnoz: İribuynuzlu heyvanlarda pasterellyozu qarayara, emfizematoz karbunkuldan,
xırdabuynuzlu
heyvanlarda qarayara, bradzot, yaman şiş, diplokok və diktiokoulyozdan, quşların nyukasl xəstəliyindən,
donuzlarda taun, qarayara və qızılyeldən ayırmaq lazımdır.
Qarayarada qan laxtalanmır, dalaq böyüyür və bakterioloji müayinə zamanı "Bac.
anthracis" aşkar edilir. Emfizematoz karbunkulda qalın əzələlərdə xışıldayıcı şişlər
əmələ gəlir, xəstəliyə iribuynuzlu və xırdabuynuzlu heyvanlar həssasdır.
Nyukasl xəstəliyinə yalnız toyuqlar tutulur və bakterioloji müayinə zamanı mikrob (bakteriya) tapılmır.
Korbağırsaq çıxıntıları, düzbağırsaq və vəzili mədə ilə əzələli mədə sərhədində qan sağıntıları görünür.
Donuzların taununda yoğun bağırsaqda taun və dalaqda infarkt sahələri aşkar edilir. Qarayarada isə patoloji
proses, əsasən, angina formasında gedir. Bütün bunlarla yanaşı, bakterioloji müayinə ilə diaqnoz
dəqiqləşdirilir.
Müalicə. Xəstəlik müşahidə edilmiş təsərrüfatlarda bütün heyvanlar klinik müayinədən
keçirilir, bədən
temperaturu ölçülür, xəstə heyvanlar sağlamlardan ayrılır. Müalicə məqsədilə serumdan və antibiotiklərdən
istifadə edilir.
Penisillinlə streptomisinin birgə işlədilməsi yaxşı nəticə verir. Penisillin ayrılıqda pasterellyoza təsir
etmir. Pasterellyoz əleyhinə serum xəstəliyin ilk dövrlərində yaxşı nəticə verir. Serumla antibiotik və
sulfanilamid preparatlarının birlikdə işlədilməsi yaxşı səmərə verir. Pasterellyozla xəstə quşlar müalicə
edilmir.
İmmunitet. Təbii şəraitdə xəstələnib sağalmış heyvanlarda immunitet yaranır. Xəstələnib və
peyvənddən sonra
qeyri-steril immunitet yaranır. Ona görə də heyvanlarda, xüsusilə quşlarda və xırdabuynuzlu heyvanlarda
pasterella daşıyıcısı müşahidə edilir.
Profilaktika və mübarizə tədbirləri. Təsərrüfatlarda iri və xırdabuynuzlu heyvanların,
donuzların
pasterellyozu müşahidə edildikdə bütün heyvanlar kliniki müayinədən keçirilir. Xəstə və xəstəliyə şübhəli
heyvanlarda müalicə aparılır, sağlamlar isə vaksinasiya edilir.
Ətliyə verilən heyvanlardan başqa, qalanlarının təsərrüfatdan kənara çıxmasına, digər həssas heyvanların
təsərrüfata gətirilməsinə, başqa xəstəliklərə qarşı cərrahiyyə əməliyyatı və vaksinasiyanın aparılmasına,
məcburi kəsilmiş heyvanların ətindən istifadə edilməsinə, xəstə heyvanların otarılması və suvarılmasına
icazə verilmir.
Baxımsız təsərrüfatlarda immunizasiya ilə yanaşı, gəmiricilər ləğv edilməli, tövlələr daimi dezinfeksiya
edilməlidir. Ölmüş heyvanların cəmdəkləri yandırılmalıdır.