Konyuktiva kəskin hiperemiyalaşır, göz qapaqları şişir, çox vaxtı xəstəliyin 2-3-cü günündə bəbək bozarır.
Bəzən bəbəkdə darı böyüklükdə səpkilər, onlar partladıqdan sonra isə yerində yara əmələ gəlir. Heyvan bir,
yaxud iki gözdən kor ola bilir.
Ağızın və burunun selikli qişalarında əvvəl kataral, sonra diffteriki iltihab baş verir, sonra yara və
nekrotik ocaqlar görünür. Heyvanın tənəffüsü çətinləşir, xışıltılı olur. Qırtlaqda proses getdikdə boğulma
nişanələri görünür. Çox vaxt proses udlağa keçir və udma pozulur. Burun axıntısında ölü toxuma hissəcikləri
olmaqla pis iy verir.
Xəstəliyin başlanğıcında adətən mədə önlüklərinin atoniyası və qəbizlik, sonra isə ishal baş verir. Sidik
ifrazı tez-tez olur. Burun aynası, boyun, bel və yelinin dərisində ekzomatoz zədələr və ayrı-ayrı sahələrin
nekrozu müşahidə olunur.
YKKİ-nin gedişi iti, yaxud yarımiti olmaqla 4 gündən 2-3 həftəyə qədər çəkir.
Xəstəliyin atipik gedişinə də rast gəlinir. Cavanlarda çox vaxtı xəstəlik yüngül keçməklə qısa müddətli
qızdırma olur, nişanələr zəif bilinir və heyvan sağalır.
Patoloji-anatomik dəyişikliklər. YKKİ-dən ölmüş heyvanların cəsədi adətən arıq olmaqla
cəsəd dəyişiklikləri yaxşı ifadə olunur. Bədənin, yelinin dərisində, ağız və burunun selikli qişasında
nekrotiki sahələr aşkar edilir, bəbək bozarır. İşkəmbənin, şirdanın, bağırsaqların selikli qişası
qalınlaşır, qan sağıntıları, eroziya və fibrinozlu çöküntü ilə örtülür. Böyrəklər və qaraciyərdə qan
sağıntıları görünür. Limfa düyünləri böyüyür, kəsişmə sahəsində qan sağıntıları olur.
Diaqnoz. Klinik
nişanələrə və epizotoloji məlumata əsasən qoyulur. Onu qaramalın taunundan, dabaqdan, quduzluqdan,
leptospirozdan, listeriozdan, viruslu diareyadan ayırmaq lazımdır.
Xəstəliyi keçirmiş heyvanlarda
yüksək gərginlikli və uzunmüddətli immunitet formalaşır. Xəstə heyvanların qanında komplement birləşdirici,
presipitinləşdirici və virusneytrallaşdırıcı antitellər yaranır. İmmun analardan alınan buzovlar 3 aylığadək
törədiciyə davamlı olurlar. V.Sergeyev tərəfindən inaktivləşmiş vaksin təklif edilib, peyvəndləmədən sonra
yaranan immunitet 1 il davam edir.
Mübarizə tədbirləri və profilaktika. Müalicə simptomatikdir. Ürək dərmanlarından,
autohemoterapiyadan,
antibiotiklərdən istifadə edirlər. İshal olduqda vena daxilinə 4-6 1 fizioloji məhlul, şişlərin qarşısını
almaq üçün isə xlorlu kalsium (10%-li 200-300 ml) yeridirlər. Daxilə spirti (40%) 4 gün, gündə 500 ml vermək
olar. İ.Ermaçenkov təklif edir ki, heyvanları qaranlıq yerə köçürməklə vena daxilinə spirt (çaxır spirti)
96°C 200 ml, qlükoza 25 q, distillə su 300 ml) yeridilsin. İnyeksiyadan 40-50 dəqiqə sonra heyvan yatır.
Müalicə kursu 12 saat fasilə ilə 4 inyeksiyadır. Xəstə heyvanlara şirəli yem və bir vedrəyə 1-2 xörək qaşığı
duz turşusu qatılmış su vermək lazımdır.
Xəstəlikdən sağalmış heyvanlarda immunitet yaranmır. Onlar bir neçə aydan sonra, hətta əvvəlkindən də ağır
formada xəstələnə bilərlər.
Xəstəlik baş verdikdə xəstələri təcrid edərək müalicə edirlər. Sağlam heyvanları hər gün klinik baxışdan
keçirib termometriya edirlər. Xəstəlik otlaqda baş veribsə, onu gələn mövsümə qədər istifadə etmirlər. Xəstə
və şərti sağlam heyvanlar olan binalarda təmizlik və dezinfeksiya aparırlar. Bu məqsədlə dezinfeksiya xlorla
aparılır, peyini isə biotermik üsulla zərərsizləşdirirlər.