Kliniki əlamətlər. İnkubasiya dövrü təbii yoluxmada
2-4 həftə çəkir. Xəstəliyin iti forması ilk dövrlərdə isitmə
(bədən temperaturu 40°C-yə qədər artır), iştahanın
zəifləməsi, gözdən yaş axması, burunun selikli
qişasından axıntılarla müşayiət olunur. Xəstəliyin 48
saatından sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə
formalı səpgilər əmələ gəlir. Səpgilərin sayı dərinin
hər yerində bir neçə yüzə qədər ola bilər. Dərialtı
limfa vəziləri həcmcə böyüyür və aşkar müşahidə
olunur. Xəstə heyvanlar sürətlə arıqlayır, süd verən
heyvanlarda isə süd vəzilərinin mastiti nəticəsində
süd azalır. Nadir hallarda sinir pozğunluğu və
aqressivlik baş verir. Bəzi inəklərdə balasalma
halları qeyd olunur. Xəstəliyin ağır formasında uzun
müddətli isitmə, iştahanın kəsilməsi, arıqlama baş
verir. Bədən nahiyəsinin hər yerində və görünən
selik qişalarda düyüncüklər əmələ gəlir, xəstəliyin
ağırlaşma dövründə traxeyanın, udlağın zədələnməsi
və bronxopnevmoniyanın nəticəsində heyvanlarda
asfiksiya müşahidə olunaraq ölüm baş verə bilər.
Nodulyar dermatit iti formada keçdiyi halda dəridə
nəzərə çarpan zədələnmələr qeyd olunmur. Xəstəlik
qısa müddətli isitmə (2-5 gün) və iştahanın kəsilməsi
ilə müşayiət olunur.
Patoloji - anatomik dəyişikliklər. Düyüncüklərin kəsiyində ağ bozumtul rəngində bərk konsistensiyalı birləşdirici toxuma nəzərə çarpır, dəri və dərialtı toxuma qırmızımtıl maye ilə dolu olur. Nekrozlaşmış düyüncüklər pıxtalaşmış kütlə halında, düyüncüklərin dibində isə xoralar əlaməti olur. Düyüncüklər ağciyərin, mədənin, işkəmbənin və balalığın əzələ lifləri arasında da nəzərə çarpır. Plevral pərdədə, ürək əzələlərində, qaraciyərdə qan sağıntıları qeyd olunur. Histomorfoloji dəyişikliklər prosesin inkişaf mərhələsindən asılı olur. Xəstəliyin ilk dövrlərində epitelial hüceyrələr həcmcə böyüyür və onlarda vakuollar əmələ gəlir. Düyüncüklərin histokəsiyində çox vaxt nüvədən böyük olmaqla girdə və ya uzunsov törəmələr qeyd olunur. Həmin törəmələr epitelial hüceyrələrdə və histositlərdə aşkar olunur. Diaqnoz və differensial diaqnoz. |