5-7 min baş və daha çox inək, camış və düyə mayalamaq olar;
►
Heyvanların mayalanması faizi yüksək olur;
►
Heyvanların süni mayalanması ucuz başa gəlir;
►
Təsərrüfatda törədici buğaların saxlanılmasına ehtiyac duyulmur;
►
Məhsuldar olmayan heyvan saxlanılmır;
►
Heyvandarlıq təsərrüfatları rentabelli fəaliyyət göstərmək imkanı əldə edir.
Heyvanlarda qısırlığı aradan qaldırmaq üçün süni mayalanma işindən istifadə zamanı
aşağıdakı təşkilati-təsərrüfat və zoobaytarlıq tədbirlərini həyata keçirmək lazımdır:
1. Heyvanlarda qısırlığın səbəbini aydınlaşdırmalı;
2
. Hər bir təsərrüfatda süni mayalama planı tərtib edilməli;
3
.Heyvanların normal yemlənmə və saxlanması təşkil edilməli, heyvanların təmizlənməsi, gəzdirilməsi nəzarət
altına alınmalı;
4
.Hövrə gəlmiş bütün heyvanlar vaxtında süni mayalandırılmalı
5
. Süni mayalanmanın nəticələrini yoxlamalı, bu məqsədlə süni mayalanma günündən
1,5-2 ay sonra boğazlığı düzgün təyin etməli, qısır heyvan aşkarlandıqda, onların müalicə olunması təmin
edilməlidir.
Süni mayalanma zamanı ən vacib məsələlərdən biri istehsal olunan toxumun keyfiyyət göstəricisidir. Toxumun
keyfiyyət göstəriciləri aşağıdakı amillərdən asılıdır:
1.
Damazlıq törədicilərinin düzgün yemlənməsi;
2.
Baxım zamanı sanitar, gigiyenik normalara əməl edilməsi;
3.
Damazlıq törədicilər üçün məcburi gəzintinin təşkil edilməsi;
4.
Törədicilərin yaşı;
5.
Onların canlı kütləsinin müvafiq norma daxilində olması;
6.
Daimi sağlam olması.
Yemləmə elə təşkil edilməlidir ki, törədici buğalar daima normal köklükdə olsunlar. Eyni zamanda heyvanların
canlı kütləsi, yaşı və məhsuldarlıq göstəriciləri də nəzərə alınmalıdır. Qış dövrü üçün törədici buğaların
yemləndirilməsi zamanı 35-40 faiz qaba, 20-30 faiz şirəli, 40-50 faiz isə qüvvəli yemdən istifadə edilir.
Yay dövrü üçün isə 20-25 faiz qaba, 25-40 faiz yaşıl ot, 40-50 faiz qüvvəli yemdən istifadə olunmalıdır.
Mövsümi olaraq heyvanlara kök və yem çuğunduru da vermək olar. Çəkisi 600 kq olan törədici buğaya qış dövrü
üçün gün ərzində 5 kq quru ot, 3,5 kq qarışıq yem, 3 kq kök, 5 kq yem çuğunduru və ya silos, daimi olaraq
yalama duzu verilməlidir. Yayda isə müvafiq olaraq törədici buğaya gün ərzində 4 kq quru ot, 14 kq təzə
biçilmiş yaşıl ot, 3,5 kq qarışıq yem, daimi olaraq yalama duzu verilməlidir. Törədicilərin A və D
vitamininə olan tələbatını ödəmək üçün hər başa gündə 50-100 mq balıq yağı verilməsi məsləhət görülür. Eyni
zamanda heyvani yemlərdən balıq unu qarışıq yemin tərkibində 3%, sümük unu da 3% miqdarında əlavə
edilməlidir. Qeyd etmək lazımdır ki, canlı kütləsi 600 kq olan törədici buğanın gün ərzində 7,7 yem vahidi
və 967 qr həzm olunan proteinə tələbatı var. Belə yemləmə ilə törədici buğadan daha keyfiyyətli toxum almaq
mümkündür.