Hazırda dünyanın əksər kənd təsərrüfatı inkişaf etmiş
ölkələrində qaramal cinslərinin yaradılmasında,
heyvanların sağlamlığının təmin edilməsində,
heyvandarlıqda məhsul istehsalının artırılmasında,
heyvanların cins tərkibinin yaxşılaşdırılmasında
və yeni heyvan cinslərinin yaradılmasında süni
mayalanma və rüşeym köçürməsindən istifadə
olunur. V.K.Milavanov göstərir ki, yeni cinslərin
yaradılmasında süni mayalanmanın nailiyyətləri
faktiki olaraq müasir dövrdə ən önəmli texnoloji
metodlardan sayılır.
Süni mayalanmanın aparılmasında məqsəd ən qiymətli törədicilərdən maksimum dərəcədə istifadə etməklə, heyvanların damazlıq keyfiyyətini qısa müddətdə yaxşılaşdırmaq, qısırlığı ləğv etmək, təbii cütləşmə zamanı baş verə bilən xəstəliklərin qarşısını almaqdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, qısırlığın aradan qaldırılması üçün dünya təcrübəsində ən mütərəqqi biotexnoloji üsul hesab olunan süni mayalanma tədbirləri iqtisadi cəhətdən çox əhəmiyyətli olub, damazlıq-seleksiya işlərinin əsasını təşkil edir. Onun əhəmiyyəti, əsasən, aşağıdakılardan ibarətdir: ► Törədici heyvanlardan səmərəli istifadə edilir; ► Mal-qaranın cins tərkibi yaxşılaşır; ► Heyvanların məhsuldarlıq keyfiyyəti yüksəlir; ► Damazlıq işi yaxşılaşır; ► Cinsarası çarpazlaşmadan istifadə edilir; ► Yeni cinslər yaradılır; ► Köhnə cinslər yaxşılaşdırılır; ► Təbii cütləşmə ilə yayılan təhlükəli xəstəliklərin (brusellyoz, vibrioz, trixomonoz, kompilo-bakterioz və s.) qarşısı alınır; ► Heyvanların qısırlığı ilə mübarizə aparılır; ► Təbii cütləşmədə hər bir baş buğa ilə 35-40 baş inək, camış və düyə, əllə cütləşmədə 80-120 baş inək, camış və düyə, süni mayalamada isə bir buğanın toxumu ilə |