Heyvanların saxlanma formaları keçmişdə daha
çox təsərrüfat və əmək iqtisadiyyatı nöqteyinəzərdən
optimallaşdırılırdı. İstehsal şərtlərinin
standartlaşdırılması yalnız quşçuluq sahəsində
inkişaf etmişdi. Nəticədə saxlanma formaları və
onların genişləndirilməsi üçün dəqiq məlumatlar əldə
etmək mümkün idi. Yumurtalıq toyuqların 80 %-i qəfəslərdə, demək olar ki, ətlik istiqamətdə toyuqların hamısı isə intensiv şəkildə torpaqla təmasda saxlanılırdı. Xüsusilə son illərdə Almaniyada quşların qəfəsdə saxlanması qadağası ilə əlaqədar olaraq, təsərrüfatlarda qəfəsdə saxlanılan yumurtalıq toyuqların həcmi getdikcə azalır. Südlük heyvandarlıq sahəsində böyük həcmdə saxlanma qrupları (40 başdan çox) və sağımda avtomatlaşdırmanın artması heyvanların hərəkət etməsi üçün daha böyük sahənin yaradılmasına imkan verir. Bunun əksinə olaraq, daha çox kiçik kəndli-fermer təsərrüfatlarında heyvanların sabit və bağlanılaraq saxlanılmasına rast gəlinir. Bu heyvanlar ilin demək olar ki, yarısını sabit yerdə bağlanmış şəkildə keçirir. 5.1 Südlük inəklər Bütün saxlanma formalarının hazırlanmasında südlük inəklərin saxlanma tələblərinin ödənilməsinə, yem qəbulu, heyvanın yatması, peyinin təmizlənməsi və hərəkəti nəzərə alınmalıdır. Heyvanın bir yerə sabit bağlanması ilə saxlanma formasında heyvanın cinsinə məxsus qulluq formasına çox diqqət yetirilməlidir, bu, o deməkdir ki, bütün qulluq üsulları sabit bir yerdə aparılmalıdır. Xüsusilə heyvanların hərəkəti və özlərini rahat hiss etmələri təmin edilməlidir. Bağlı şəkildə saxlanma zamanı məhsuldarlıq və balavermə baxımından heyvanlar az hərəkət edir. Ona görə də bu tipli tövlələrin hazırlanmasında heyvanların hərəkət sahəsinə, ayağa qalxma və həmçinin uzanma sahəsinə, heyvanın çəkisindən asılı olaraq yem xəttinin ölçüsünə və formasına xüsusi diqqət ayrılmalıdır. |