Ferma və onun təchizat sistemi yarım ildən bir ardıcıl olaraq müxtəlif səbəblərə görə nəzərdən keçirilməli
və daimi olaraq inkişaf etdirilməlidir.
Bu gün quşçuluq fermalarının inşasında və təchiz edilməsində heyvanların saxlanma tədbirləri, eləcə də
sağlamlığı xüsusi nəzərə alınır. Həmçinin məhsulun keyfiyyətinə, istehsal olunan məhsulların gigiyenik
cəhətdən təmizliyinə, eləcə də heyvanların və ətraf mühitin mühafizəsinə (çirklənmə təsiri və tullantılar)
və istehlakçıların tələbatına xüsusi diqqət yetirilir.
Quşçuluq fermaları gündəlik olaraq təbii və süni işıq ilə işıqlanma üçün müvafiq sistemlərlə təchiz
olunmalıdır. Fermada iqlim göstəricilərinə nəzarət olunması və normada saxlanılması ventilyatorlar və yaxud
kompleks iqlim nizamlayıcı sistemləri ilə həyata keçirilir. Tövlələrin havası aşağıdakı üsullarla
nizamlanır:
•
Təzyiqli havalandırma: İstifadə edilmiş tövlə havasının sorulması (tez-tez istifadə edilir).
•
Yuxarı hissədən təzyiqlə havalandırma: Ventilyatorların köməyilə çöldəki hava tövləyə daxil olur. (Təcrübədə
gözlənilən nəticəni az verir).
•
Bərabər təzyiqli havalandırma: Ventilyatorların eyni işləmə gücündən istifadə edərək tövlənin çirkli
havasını təmizləmək.
Hava cərəyanının qarşısını almaq və bununla xəstəlik riskini azaltmaq üçün mümkün qədər aşağı hava
sürətindən istifadə edilməlidir. Havalandırma sistemindən asılı olaraq küləyin sürəti saniyədə 2-dən 5 metrə
qədər olan həddi aşmamalıdır.
Yemləmə üçün kifayət qədər uzun yem qabları mövcud olmalıdır ki, quşlar istənilən
zaman yem qəbul edə bilsinlər. Yem qabları elə yerləşdirilməlidir ki, mümkün qədər az
yem itkisi olsun (2%-dən az). Yem itkisi yem qablarının dərinliyindən, yemlərin qablara
doldurulma hündürlüyündən və yem qablarının enindən asılıdır. Yem qablarının
uzunluğu quşların növlərinə uyğun təyin edilir.
Su təchizatı aparılarkən ferma yüksək keyfiyyətli, standartlara cavab verən su qabları ilə təchiz
edilməlidir. Xüsusilə su qablarının təmizliyinə riayət etməli və qablar daim nəzarətdə saxlanılmalıdır. Su
qablarının daşaraq döşəməni islatmasına imkan verilməməlidir. Xüsusilə isti günlərdə tövlədə suyun qablardan
daşması rütubətli havanın artmasına səbəb olur. Bu da heyvanın sağlamlığına mənfi təsir edən amillərdən
biridir.
İri quşçuluq fermalarında heyvanların sağlamlığı üçün avtomatik tərəzilər qoyulur ki, bunların köməyilə
heyvanların çəkisinə müntəzəm nəzarət edilir.