Keçi tövlələrində tövlənin iqliminə olan tələblər | |
Temperatur | 10-15 oC optimal |
Havanın rütubətliliyi | 60 % optimal, maksimal 85 % |
Havanın həcmi | Hər keçi üçün >6m3, tövlənin sahəsi hər baş keçi üçün 2,2 m2 |
Pəncərənin qoyulması | Qışda günəşin tövləyə yaxşı düşməsi üçün böyük olan tövlələrdə pəncərələr cənuba (ölçüsünün 1\15-i qədər) quraşdırılmalıdır. |
Havalanma | Havalandırma əksər halda pəncərə vasitəsilə təbii havalandırma yolu ilə idarə olunur. Daha böyük, damla örtülü tövlələrdə ventilyatorun köməyi ilə hava cərəyanından istifadə etmək olar. |
3.1 Örüşə aparma
Örüşdən effektiv istifadə etdikdə əsas şərtlərdən biri otlaq yerinin düzgün paylanmasıdır. Kiçik sürülər üçün bir yerdə otarma daha məsləhətlidir, böyük tərkibli sürülərdə isə növbəli otarma tətbiq edilməlidir. Bunun üçün gündəlik olaraq örüş sahəsi baş sayına görə müəyyən edilir. Yaşıl otun əzilməməsi üçün heyvanları saat hesabı ilə örüşdə saxlamaq lazımdır. Həmçinin yemləməyə diqqət yetirmək lazımdır. Heyvana yem verərkən məhsuldarlıq istiqaməti nəzərə alınmalıdır. Adətən yemləmə zamanı əsas yem verilir. Bura yaşıl ot, quru ot, taxıl, çuğundur və s. daxildir. Qarışıq yem isə yemləməyə olan tələbatdan asılı olaraq rasiona daxil edilir. Yayda yemləmə zamanı əsas yem payını 6-7 kq-a qədər məhdudlaşdırmaq tələb olunur. Həmçinin enerji ilə zəngin qarğıdalı, saman və s. kimi yemləri yaxşı keyfiyyəti quru ot və kəpəklə əvəz etmək daha yaxşı nəticə verir. Yüksək məhsuldar, təzə sağılan heyvanlarda qida maddələrinə olan tələbat (gündə 5-7 kq) yaşıl yem, quru ot, saman, çuğundur və oxşar yemlərlə ödənilməməlidir. Bunun əvəzinə zəngin tərkibli qüvvəli yem verilməsi məsləhətdir. |