a) Elit qrupuna ayrılmış heyvanlar (damazlıq zavod və təsərrüfatlarda isə birinci zavod
sinifli heyvanların, istifadəlik heyvanlar olan elit ana qrupların və onların balalarının
fərdi bonitirə edilməsi vacib deyil);
b) Damazlıq məqsədi ilə satılacaq erkək toğlu və qoçlar, həmçinin sürüdə istifadə
olunan törədici qoçlar;
c) Sinfindən asılı olmayaraq, qoçların verdiyi nəslə görə qiymətləndirilməsi üçün
istifadə edilən ana qoyunlar və onların miqdarı az olarsa, elit və birinci sinif heyvanlar
fərdi bonitirə edilməlidir.
Sinfi bonitirə zamanı qoyunların siniflərə ayrılması, heyvanların məhsuldarlıq
keyfiyyəti və bədən quruluşunun qiymətləndirilməsi aparılır. Bu proses qoyunların
kompleks qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Sinfi bonitirə zamanı ayrıayrı
heyvanların keyfiyyəti qeyd edilmir, lakin bonitirə edilən hər qoyun qrupunda
müxtəlif siniflərə aid edilmiş heyvanların miqdarı nəzərə alınır.
Dövlət və kəndli-fermer təsərrüfatlarının rəhbərləri, kənd təsərrüfatları mütəxəssisləri
(zoobaytar) qoyunçuluğu inkişaf etdirmək, onun cins tərkibini yaxşılaşdırmaq və
məhsuldarlığını artırmaq məqsədi ilə bu məsləhətlərə ciddi əməl etməlidirlər.
|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Qoyunçuluğun inkişafında iqlim və yerin əhəmiyyəti.
2. Sürünün tərkibinin yaxşılaşdırılması və yüksək məhsuldar cinslərin alınması.
3. Qoyunçuluqda seleksiya-seçmə üsulunun müsbət tərəfləri.
4. Qoyunların bonitirəsi zamanı məhsuldarlıq keyfiyyətləri.
5. Azərbaycanda geniş yayılmış və saxlanılan qoyun cinsləri.