Damazlıq heyvanlara kifayət qədər yüksək
məhsuldarlığa görə seçilən, adətən həmin cinsin
birinci sinfinin tələbini ödəyən və öz xeyirli təsərrüfat
əlamətlərini nəslə yaxşı keçirmək qabiliyyətinə
malik olan, təsərrüfatda bəslənmə və satış üçün
istifadə olunan təmizqanlı qoyunlar daxildir. Yüksək
məhsuldar mələz heyvanlar əgər arzu olunan tipin
tələblərinə uyğun gəlirsə və öz əlamətlərini nəslə verə
bilirsə, damazlığa aid edilə bilər. Damazlıq qoyunlar
damazlıq təsərrüfatlarda və fermalarda yetişdirilir.
İstifadəlik qrup heyvanlara qalan bütün təmizqanlılar, həm də birinci, ikinci, üçüncü bonitirə sinfinin tələblərinə cavab verən mələz heyvanlar daxildir. 2.2.2 Qoyunların bonitirəsi Qoyunçuluqda heyvanların seçmə, taylaşdırma və əvvəlki taylaşdırmanın nəticəsinin qiymətləndirilməsi – yəni bonitirəsi aparılır. Yəni diri çəki, yun qırxımı, balalama qabiliyyəti, əcdadı və nəslin keyfiyyətinin uçotu aparılır. Yaxşı heyvanlar sürünün artırılması üçün saxlanılır və ya damazlıq məqsədi ilə satılır. Pisləri isə otlaq və ya bordaq şəraitində kökəldilərək ət tədarükünə verilərək çıxdaş edilir. Qoyunların bonitirəsi qəbul edilmiş istiqamətə cavab verən ən yaxşı heyvanların seçilməsi, seçmə aparılan əlamətlərin inkişafının keyfiyyətcə qiymətləndirilməsi əsasında qoyunların siniflərə ayrılmasına deyilir. Qoyunların siniflərə ayrılması ana qoyunlara törədici qoçların təhkimini asanlaşdırır və sürünün daha qiymətli hissəsi olan elit və birinci sinif heyvanlara yaxşı yemləmə və bəsləmə şəraitinin yaradılmasına imkan verir. Bonitirə keçən ilki damazlıq işlərinin yekunlarına və onun qiymətləndirilməsinə, hər yeni nəsil heyvanlar alındıqca onların keyfiyyətinin necə dəyişdiyinin müəyyən edilməsinə imkan yaradır. Qoyunçuluqda iki növ fərdi və sinfi bonitirə həyata keçirilir. Qoyunların fərdi bonitirəsi zamanı heyvanların vacib məhsuldarlıq keyfiyyətləri, onun eksteryeri qiymətləndirilir. Hər bir heyvanda qiymətləndirmənin nəticəsi xüsusi jurnala qeyd olunur və sonra onlar fərdi damazlıq vərəqlərinə keçirilir. Bunlar:c |