2.2. Azərbaycanda qoyunçuluğun inkişafı və
saxlanması qaydaları
Respublikamızın görkəmli heyvandarlıq alimlərinin, xüsusi ilə də akademik F.Məlikov və M.Sadıqovun, qoyunçuluq təsərrüfatlarının mütəxəssislərinin, qabaqcıl çobanların sıx əməkdaşlığı məqsədəuyğun seçmə, taylaşdırma, yüksək keyfiyyətli qoçlarla ana qoyunların süni mayalandırılması, cavan heyvanların istiqamətli bəslənməsi, qoyunların zootexniki tələblərə uyğun olaraq yemləndirilib saxlanması nəticəsində zərifyunlu Azərbaycan dağ merinosu cinsi yaradılmışdır. Ölkəmizdə zərifyunlu ətlik-yunluq və yunluq-ətlik cins qruplarını yüksək ətlik keyfiyyəti ilə seçilən Qaradolaq və Calo qoyunlarının, xalçaçılıq sənayesi üçün qiymətli xammal mənbəyi olan Balbas qoyunlarının sayının artırılması və məhsuldarlıq keyfiyyətinin təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür. Qeyd etmək lazımdır ki, keçmişdə sürülərin tərkibini qabayunlu Bozax, Qarabağ, Ləzgi, Mazex, Şirvan və s. qoyun cinsləri təşkil edirdi. Lakin qeyd etmək lazımdır ki, sonralar sovet dövründə təsərrüfatlarda zərif və yarım zərifyunlu (mələz) qoyun cinsləri çoxluq təşkil etməyə başladı. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra zərif və yarım zərifyunlu qoyunların sayı azalmağa başladı. Bildiyimiz kimi, ölkəmizin qoyunçuluqla məşğul olan təsərrüfatlarında süni mayalanma işi düzgün təşkil edilmədiyi üçün sürülərdə təmizqanlı qoyunların faizi çox azdır. Bu geriliyi aradan qaldırmaq üçün dövlət və kəndlifermer təsərrüfatlarında zootexniki damazlıq seleksiya işinin əsas istiqaməti qoyunların məhsuldarlıq keyfiyyətinin yüksəldilməsinə doğru yönəldilməlidir. Sürülərdə ana qoyunların xüsusi çəkisinin və bir tipli müntəzəm yun örtüyünə malik olan qoyunların artırılmasına xüsusi fikir verilməlidir. Respublikamızın təbii-iqtisadi zonalarının xüsusiyyətləri və yem bazası nəzərə alınmaq şərti ilə Gədəbəy rayonunun dövlət və kəndlifermer təsərrüfatlarında yunluq-ətlik istiqamətli |