9. Fermerlərin məqsədləri nədir? | |
A) Səmərəlilik, uğur və yüksək qazanc B) Təmizlik, temperatura nəzarət |
C) Yüksək qazanc və tövlənin
müasirləşdirilməsi D) Heç biri |
10. Məhsuldarlığın yüksək olmasına təsir edən amillər hansılardır? | |
A) Yetişdirmə, heyvanların baş sayının
artırılması B) Yetişdirmə, işin optimal təşkili, keyfiyyətli əsas yem |
C) İşin optimal təşkili, səmərəlilik və həkim
müayinəsi D) Yüksək qazanc, xərclər və müasir təsərrüfat |
2.1. Qoyunçuluğun inkişafında iqlim şəraiti Dövlət tərəfindən kənd təsərrüfatını daha da inkişaf etdirmək, işin səmərəliliyini və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün qarşıya mühüm vəzifələr qoyulmuşdur. Bu baxımdan heyvandarların da qarşısında daha mühüm vəzifələr durur. Onlar heyvandarlığın başqa sahələri kimi qoyunçuluqda da istehsal olunan yun, qoyun əti, süd, xəz-dəri və s. məhsulların daha da artırılmasına nail olmalıdırlar. Respublikamızda heyvandarlığın əsas sahələrindən biri də qoyunçuluqdur. Demək olar ki, dünyanın bütün regionlarında qoyunçuluq yayılmışdır. Qoyun cinsləri saxlandığı yerlərdən asılı olaraq uyğunlaşması və məhsulvermə qabiliyyətinə görə bir-birindən fərqlənir. Xüsusilə dəniz səviyyəsinin yüksəkliyindən və iqlimdən asılı olaraq qoyun cinslərinin yerləşdirilməsində diqqət yetirilməli amillər vardır ki, bunları da aşağıdakı kimi sıralamaq olar: • Az çəkili qoyun cinsləri rütubətli-isti iqlim zonasına daha yaxşı uyğunlaşmışlar. • Uzun ayaqlı yunluq qoyun cinsləri Afrikanın Sahel kimi güclü quraqlıq səhralarında yayılmışdır. • Qabayunlu və yağlı quyruqlu qoyun cinsləri və həmçinin ətlik qoyun cinsləri daha yaxşı yemlərlə zəngin regionlarda yayılmışdır. |