TEST TAPŞIRIQLARI (Təlim nəticəsi 1) | |
1. Saxlanma sisteminin qiymətləndirilməsində istehsala aid hansı meyar var? | |
A) Gigiyena B) Məhsulun keyfiyyəti |
C) Xəstəlik D) Heç biri |
2. Saxlanma sisteminin qiymətləndirilməsində heyvana aid hansı kriteriya var? | |
A) İş yerinin keyfiyyəti və tövlənin
gigiyenası B) Tövlənin quruluşu |
C) Ətraf mühitin təsiri D) Çirklənmə səviyyəsi |
3. İnəklərin açıq şəraitdə saxlanmasının əhəmiyyəti nədir? | |
A) İnəklər az hərəkət edir. B) Yem qəbulu artır. |
C) Növbəli otarmadan istifadə edilir. D) Optimal bədən quruluşu formalaşır. |
4. Heyvanlar normada gün ərzində neçə saat yatmalıdır? | |
A) Azı 12 saat B) 5 saat |
C) 7 saat D) Yatmamalıdır |
5. Örüşə getmənin heyvanın ümumi vəziyyətinə hansı müsbət təsiri var? | |
A) Heyvan mastit xəstəliyinə yoluxur. B) Zəngin bitki örtüyü ilə qidalanır. |
C) Yüksək məhsul verir. D) Heç bir təsiri yoxdur. |
6. 3-9 aylıq buzovlar üçün optimal yer m2-lə nə qədər olmalıdır? | |
A) 2-3 m2 |
C) 4-4,5 m2 |
7. Yeni doğulmuş buzovların saxlanmasında sanitar-gigiyenik tələblər hansılardır? | |
A) Tövlənin təmizlənməsi və inəyə
keyfiyyətli yemin verilməsi B) Göbəyin yodlanması və saxlanacaq yerin dezinfeksiyası |
C) İnəyin vəziyyətinə nəzarət D) Buzovun qulağının nömrələnməsi və nömrənin kitaba salınması |
8. Buzovlar neçə həftəliyində qrup şəklində saxlana bilər? | |
A) bir həftədən sonra B) üçüncü həftədən etibarən |
C) 5 həftə tək saxlanmalıdır D) 3 aydan sonra |