onların sağlamlığına və bədən müqavimətinə diqqət yetirmək lazımdır. Buzovlara 10
həftəliyinə qədər suyun fərdi su qabları ilə verilməsi məsləhət görülür.
Təsərrüfatlar buzovların alınmasını həyata keçirəcəksə, aşağıdakılara əməl etmək
lazımdır:
• 14 günlük buzovlar alınmalı;
• Sağlamlığına diqqət yetirilməli, xüsusilə göbək nəzərdən keçirilməli, xəstəlikdən
şübhələndikdə bədən hərarəti ölçülməlidir. Xəstəlik şübhəsi olan buzovları almamaq
daha məqsədəuyğundur;
• Yemləmə vəziyyəti nəzərə alınmalı;
• Tövlə ərazisi azı bir həftə öncə kimyəvi təmizlənməli və dezinfeksiya edilməlidir.
1.5. İstehsalın texniki aspektləri
Fermerlər hər zaman rəqabət təzyiqləri ilə üzləşirlər. Buna görə də heyvandarlıqla
məşğul olan fermerlərin məqsədləri aşağıdakılardan ibarət olmalıdır:
• Mümkün qədər yüksək mənfəət;
• Müvafiq saxlama standartlarının təmin olunması;
• Faydalı iş əmsalının yüksəldilməsi;
• İctimaiyyətlə düzgün qurulmuş əlaqələr.
1.5.1 Südlük inəkçilik təsərrüfatlarının strateji planları
Heyvandarlıq təsərrüfatlarının gəlirləri birbaşa istehsalın məhsuldarlığından, südlük
maldarlıq təsərrüfatlarında isə süd istehsalının məhsuldarlığından asılıdır. Bu da
yüksək məhsuldarlığın əldə olunmasının əhəmiyyətini ön plana çıxarır .
Yüksək məhsuldarlığa təsir edən amillər isə aşağıdakılardır:
• Yetişdirmə;
• İdarəetmədə keyfiyyətin artırılması, məqsədlərə doğru atılmış addımlar, davamlı
nəzarət, işin optimal təşkili;
• Qənaət, yüksək dəyərli yemlərlə yemləmə, yəni keyfiyyətli yem, məhsuldarlığa və
bədən quruluşuna uyğun yemləmənin təşkil olunması.
|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Saxlanma sistemlərinin qiymətləndirilməsi meyarlarını sadalayın.
2. Heyvanların düzgün saxlanmasına dair tələbləri deyin.
3. Yüksək məhsuldar heyvanların örüşə aparılmasının əhəmiyyətini söyləyin.
4. Cavan düyələrin yetişdirilməsində tövlənin düzgün təchiz olunması və normalara
uyğun saxlanmasını təyin edin.
5. Buzovların saxlanmasına qoyulan tələbləri müəyyənləşdirin.
6. Südlük inəkçilik təsərrüfatlarının məqsədini təyin edin.