Yəni heyvan rahat şəkildə yata və dura bilmir. Deməli, bu zaman yataq
yerinin hündürlüyünü nəzərdən keçirmək lazımdır.
Adətən inəklər tövlədə gün ərzində 12 saatdan çox
yatmalıdırlar. Heyvanın uzanma vaxtında dırnaqlar
yükdən azad olur, uzun müddət dırnaqlar quru qalır
və bu da infeksiyaya yoluxma təhlükəsini əhəmiyyətli
dərəcədə azaldır. Yem axuru inəyin ayaq üstə gəzdiyi
sahədən 20 sm hündür olmalıdır. Açıq yerdə saxlanma. Yüksək məhsuldar heyvanlar daha yaxşı bədən quruluşuna malik olurlar. Bu heyvanların yayda mümkün qədər gündəlik açıq havaya çıxarılması vacibdir. Örüşə getmə. Südlük inəklərin otlaqda otarılması çox əhəmiyyətli hesab olunur. Örüşə getmə malqara üçün məhdud şərtlər altında tövlədə saxlanma şəraitindən azad olması deməkdir. Bu, fermerlər üçün izafi iş yaratsa da (məsələn, heyvanların yemlənməsi, təmizlənməsi və s.), örüşdə saxlanması mal-qaranın sağlamlığına müsbət təsir edir. Lakin unutmamalıyıq ki, tövlədə saxlanan heyvanlar daha yüksək məhsul verir. Yüksək məhsuldar heyvanların örüşə aparılması zamanı müəyyən qaydalara riayət edilməlidir:
• Örüşə aparma may ayının əvvəlindən iyul ayının
ortalarına qədər gündə 6 saatdan çox olmamaqla
həyata keçirilməlidir. Heyvanların düzgün saxlanmasında ən əsas tələb onların düzgün saxlanma qaydalarına riayət etmək, heyvanların qorunması, normalara uyğun saxlama şərtlərinə əməl olunmasıdır: |