Mal-qaranın düzgün bəslənməsinin qiymətləndirilməsində
bioloji, patoloji, fizioloji və həmçinin
qidalanma ilə əlaqədar məhsuldarlıq parametrləri
vacib hesab edilir. Patoloji kriteriyalara heyvanların
ölməsi, xəstəliklərə yoluxma kimi amillər aiddir.
Təsərrüfatda yaranan problemlər saxlanma sisteminin
düzgün təşkil olunmaması səbəbindən yarana bilər.
Düzgün saxlanma olmadığı təqdirdə heyvanlarda
maddələr mübadiləsi pozğunluqları, ketoz, oynaq
xəstəlikləri, dəri zədələnmələri, parazitlərə yoluxma,
yelin xəstəlikləri və dırnaq xəstəlikləri yaranır.
Patoloji parametrlərə stress hormonlarının yaranması aiddir. Bu hormonlar heyvanı başqa bir qrupa saldıqda, daşınma zamanı və yaxud adət olunmamış izolyasiya zamanı yaranır. Stress hormonları süd məhsuldarlığının azalmasına da səbəb olur. Yemlənmənin düzgün aparılmasını qiymətləndirmək üçün heyvanın bədən quruluşuna fikir vermək lazımdır. Südlük inəklərdə bədən quruluşunun qiymətləndirilməsi ilə yemləmənin laktasiya dövründə, yəni süd verimi dövründə məhsuldarlıq səviyyəsinə görə normada olub-olmamasını müəyyən etmək mümkündür. Heyvanların bədən quruluşunun qiymətləndirilməsi 5 ballıq şkala ilə aparılır. Yəni 1 bal ən aşağı göstəricidir, bu, o deməkdir ki, heyvanın qidalanması çox aşağı səviyyədədir və heyvanın aclıqdan ölməsi təhlükəsi mövcuddur. 5 bal isə bunun əksinə olaraq, normadan artıq piylənmə səviyyəsini göstərir. Heyvanın bədən kondensasiyasını təyin olunmuş vaxtlarda (cədvəl 2) aparmaq lazımdır. Həmçinin təyin olunmuş şərtlər daxilində heyvanların məhsuldarlıq parametrləri ilə də saxlanma sistemini düzgün qiymətləndirmək olar. |