Rüşeymin inkişafı əvvəlcə sürünənlərə bənzəyir. Rüşeym əvvəlcə ikinci rüşeym
təbəqəsinin köməyi ilə nəfəs alır. Sonra rüşeym dimdiyi ilə yumurtanın küt
küncündən hava kamerasına deşik açır və ağciyərləri ilə nəfəs almağa başlayır. Çıxana
yaxın quşcuğaz yumurta dişi ilə qabığın bir neçə yerində deşik açır və hava alır. Sonra
intensiv nəfəs alaraq ayaqları və bel nahiyəsi ilə qabığı şişirdir və cütlüyün köməyi
ilə qabıqdan çıxırlar. Quşcuğazların yemlənməsi və bəslənməsi quşlarda müxtəlif
olur. Quşlar isti havalarda balalarını qanadları ilə istidən qoruyur, onlara yem və su
gətirirlər. Təhlükə hiss olunanda quşların həyəcan səsini eşidən balalar sükut yaradır
və gizlənirlər.
Şəkil 88. Rüşeymin
yumurtada inkişafı
|
Şəkil 89. Yumurtadan təzəcə
çıxmış quşcuğazlar
|
Çoxalma dövründən sonra quşlarda tüktökmə dövrü başlayır. Köhnəlmiş, aşınmış
tüklərin yenilənməsi baş verir. Bu dövrdə quşlar gizli həyat tərzi keçirir. Tüklərini
dəyişdikdən sonra quşlar qış qabağı intensiv surətdə yemlənirlər. Oturaq həyat tərzi
keçirən quşlar qışa hazırlaşırlar. Sərçə və göy göyərçini misal gətirmək olar. Bəzi
quşlar yem axtarışı ilə əlaqədar yerlərini yaxın ərazilərə dəyişirlər (qar quşu). Qışlama
üçün isti ölkələrə köç eyləyən quşları köçəri quşlar adlandırırlar. Məsələn: vəhşi
qazlar (çöl qazları), qaranquşlar, sığırçınlar və s. Köçərilik həyatı minilliklər boyunca
formalaşmışdır. Yazın gəlişi ilə köçəri quşlar ətcəbalaları vaxtında çıxararaq əlverişli
zamanda yemləyib sərbəst həyata hazırlamaq üçün vətənə qayıdırlar.
4.3 Mühüm zərərvericilər və xəstəlik törədiciləri
Bitkilərizədələyən həşərat vəheyvanlar zərərvericilər adlanır. Zədələr müxtəlif üsullarla
vurulur. Onlardan əsası zərərverici və xəstəlik törədicilərinin bitkilərlə qidalanması,
yumurta qoyması, bakterial, virus və göbələk xəstəlikləri ilə yoluxdurmaqdır. Yoluxma
ayrı-ayrı bitki orqanları və toxumalarının yeyilməsi, onların rənginin dəyişməsi,
toxumaların düzgün inkişaf etməməsi, bitki orqanlarının deformasiyası və məhv
olması ilə özünü büruzə verir.
Məsələn: bitkinin yarpaqları, tumurcuqları, çiçəyi və meyvəsi ilə qidalanmaqla güvə
süfrələri yarpaqların üzərində dolama yollar salaraq məhsuldarlığı və keyfiyyəti aşağı
salır, meyvə qurdları ağac və kolların məhsulunu tamamilə məhv edir.
Bitkilərin müxtəlif orqanları ilə həşəratların 600-dən çox növü, gənələr, molyusklar və s. canlı orqanizmlər
qrupu qidalanır.