4.1.1 Həyat fəaliyyəti
1,5 kq-dan (yersiçanı) 150 tonadək (göy kit) diri çəkisi olan məməli heyvanların həyat şəraiti və tərzindən
asılı olaraq ölçü və xarici görünüşləri çox müxtəlifdir.
Məməlilərin həyat fəaliyyətinə xarakterik olan əlamətlər:
- Bədənləri baş, boyun, gövdə, cüt qabaq və arxa ətraflar, quyruq hissələrə bölünmüşdür. Ətraflar
gövdənin alt hissəsində yerləşdiyi üçün yerin səthində yüksək sürətlə hərəkət etmək imkanına
malikdirlər.
-
Dəriləri nisbi olaraq qalın və elastiki olmaqla bədən temperaturunun saxlanmasına imkan verən tük
örtüyü ilə örtülmüşdür. Dəridə piy, tər, süd şirəsi və iyli, ətirli vəzlər var.
- Kəllə sümüyünün beyin hissəsi sürünənlərinkindən böyükdür. Onurğa sütunu 5 hissədən ibarətdir. Boyun
fəqərələrinin sayı 7-yə bərabərdir
- Əzələləri diferensiasiya olunmuş mürəkkəb əzələ sistemindən ibarətdir. Döş-qarın əzələ arakəsməsi -
diafraqmaları var. İnkişaf etmiş dərialtı əzələ sistemi tük örtüyü və hətta üz mimikasının duruşunu
dəyişə bilir. Hərəkət qaydaları müxtəlifdir: yerimə, qaçma, dırmaşma, tullanma, üzmə və uçma.
- Həzm sistemi güclü şəkildə diferensiasiya olunmuşdur. Ağız suyu şirəsinin tərkibində həzm
fermentləri var. Dişlər çənə sümüklərinin diş yuvasında yerləşir. Quruluş və təyinatına görə kəsici,
köpək və daimi dişlərə bölünür. Otyeyən heyvanlarda korbağırsaq yaxşı inkişaf etmişdir.
Əksəriyyətində kloaka yoxdur.
- Ürək quşlarda olduğu kimi dördkameralıdır. Aortanın sol qövsü mövcuddur. Bədənin bütün orqan və
toxumaları arterial qanla təchiz olunur. Sümüklərin məsaməli maddəsi, qanyaradan qırmızı sümük iliyi
güclü inkişaf etmişdir.
- Tənəffüs orqanları - ağciyərlər alveolyar quruluşa malik olduğundan böyük tənəffüs səthinə malikdir.
Qabırğalararası əzələlər istisna olmaqla tənəffüs hərəkətlərində diafraqma iştirak edir. Həyat
fəaliyyəti proseslərinin intensivliyi yüksəkdir. Həyat fəaliyyəti zamanı çoxlu miqdarda istilik
ayrılması onların istiqanlı heyvanlara aid olmasını təmin edir.
- İfrazat orqanları - çanaq böyrəklərindən ibarətdir. Sidik sidik kanalı yolu ilə xaric olunur.
- Baş beyin digər onurğalı heyvanlarda olduğu kimi 5 şöbədən ibarətdir. Ön beyinin qabıq və
beyincikdən ibarət olan böyük yarımkürələrinin ölçüləri çox böyükdür. Qabıq hissəsi beyinin digər
şöbələrinin və bütövlükdə orqanizmin işini əlaqələndirən mərkəzi sinir sisteminin ali şöbəsi hesab
olunur. Hərəkət tərzi, rəftar müxtəlifdir.
- İybilmə, eşitmə, görmə, dadbilmə, lamisə (toxunma) hissləri heyvanlara yaşadıqları ərazidə asan və
düzgün istiqamət götürməyə imkan verir.
- Məməlilər daxili mayalanma ilə çoxalan ayrı-ayrı cinsiyyətli heyvanlardır. Rüşeym balalıqda
(əksəriyyətində) inkişaf edir. Rüşeym cift vasitəsilə qidalanır və tənəffüs edir. Bala doğulduqdan
sonra ağız südü ilə yemlənir.