İbtidai heyvanları, eyni zamanda birhüceyrəlilər adlandırırlar. Digər tiplərə aid olan
heyvanları isə çoxhüceyrəlilər adlandırırlar. İbtidailərdən buğumayaqlılara qədər
öyrəndiyimiz heyvanların ümumi cəhəti ondadır ki, onların ya skeleti yoxdur və ya
ancaq zirehli xarici skeleti var (məsələn: çay xərçəngi və ya həşəratlar). Bu heyvanlar
onurğasızlar adlanan böyük bir qrupda birləşir.
Onurğasızlardan başqa, onurğalılar adlanan heyvanlar da mövcuddur.
Beləliklə, heyvanlar aləmini iki böyük qrupa bölmək olar:
• Onurğasız heyvanlar
• Onurğalı heyvanlar
4.1 Məməlilər
4500-ə qədər növü olan məməlilər xordalılar tipinin sinfidir. Onların təmsilçıləri yer
kürəsinin quru sahəsi, torpaq, dəniz, su tutarları yerəyaxın atmosfer sahəsi də daxil
olmaqla canlı həyat mövcud olan hər bir yerdə məskunlaşaraq yaşayırlar.
Şəkil 84. Məməlilər