1. Qoyunların neçə kəsici dişi var? | |
A) 6 B) 4 |
C) 8 D) 12 |
2. Qoyunların ön mədəsində, işkənbədə gün ərzində yaranan mikrob maddəsi nədən ibarətdir? | |
A) Bakteriyalardan B) Bakteriya və infuzorlardan |
C) İnfuzorlardan D) heç birindən |
3. Qoyunun mədəsi hansı hissələrdən ibarətdir? | |
A) İşkənbə B) Qursaq və tor |
C) İşkənbə, tor, kitabça və qursaq D) Kitabça və tor |
4. Dişlər tərkib etibarilə nədən ibarətdir? | |
A) Dentin B) Dentin, emal, sement və özək |
C) Dentin və emal D) Sement |
5. İBM-nın mədəaltı vəzi hansı rəngdə olur? | |
A) Sarımtıl-çəhrayı B) Qırmızı |
C) Yaşıl D) Boz |
6. Hansı heyvanların öd kisəsi yoxdur? | |
A) Keçi B) Qoyun |
C) At, dəvə, maral D) Qaramal |
7. Ağız boşluğunda yemin emalının hansı mərhələsi gedir? | |
A) Mexaniki və kimyəvi B) Kimyəvi |
C) Mexaniki D) Heç biri |
8. Xarici mühitdən qida ilə müxtəlif maddələrin orqanizmə daxil olaraq orqanizmdə dəyişikliklərə uğrayıb, hissə-hissə orqanizmin öz maddələrinə çevrilməsi prosesi necə adlanır? | |
A) Dissimilyasiya B) Assimilyasiya |
C) Sintez D) Heç biri |