3.2
Qida maddələrinin parçalanması
Həzm prosesi zamanı qida maddələrinin parçalanması aşağıdakı mərhələlər üzrə gedir:
►
Yemin ağız boşluğu və mədədə mexaniki emalı, xırdalanması, həzm şirələri ilə qarışması;
►
Karbohidrat, zülal və yağların həzm şirələri fermentlərinin təsiri ilə sadə üzvi birləşmələrə
çevrilməklə
parçalanması;
►
Qida maddələrinin qan və limfaya sorulması;
►
Həzmolunmamış qalıqların orqanizmdən xaric olunması
Ağız boşluğunda yemin mexaniki və kimyəvi emalı prosesi gedir. Ağız boşluğuna düşən qida çeynənilir, ağız
suyu şirəsi ilə nəmlənərək yem yumağı formasını alır. Yemin qarışdırılması dil və yanaq əzələlərinin köməyi
ilə gedir. Ağız boşluğunun selikli qişası temperaturu, yemin dadını və başqa keyfiyyət göstəricilərini
mənimsəyir. Hissiyyat reseptorlardan uzunsov beyinə ötürülür. Nəticədə refleks qanununa uyğun olaraq ardıcıl
surətdə ağız suyu, mədə və mədəaltı vəzlər fəaliyyətə başlayır. Davamı olaraq yemi çeynəmə və udma prosesi
gedir. Çeynənilərək nəmlənmiş yem dil vasitəsilə udlağa və əzələ yığılması vasitəsilə qida borusuna düşür.
Ağız boşluğunda qida üç cüt tüpürcək vəzinin (dilaltı, aşağıçənəaltı və qulaqətrafı vəzlər) selikli qişası
ilə qarışır. Bundan başqa, ağız boşluğunun selikli qişa təbəqəsi bütünlüklə kiçik vəzlərlə doludur. Ağız
boşluğunda mürəkkəb karbohidratlar sadə formalara qədər parçalanır.
3.3
Maddələr mübadiləsi
Maddələr mübadiləsinin əsas qanunauyğunluğu maddələrin canlı orqanizmdə onun saxlanılması və məhsul
istehsalına yönəlmiş enerjiyə çevrilməsi üçün gedən bütün kimyəvi reaksiyaların məcmusudur.
Bütün orqan və toxumalar istisnasız olaraq digər orqan və toxumalarla və ətraf mühitlə fasiləsiz olaraq
qarşılıqlı kimyəvi təsir şəraitindədir. Qida ilə orqanizmə xarici mühitdən müxtəlif maddələr daxil olur.
Onlar orqanizmdə dəyişikliklərə uğrayaraq
Sadə maddələrdən mürəkkəb maddələr əmələ gəlməsi və əksinə mürəkkəb kimyəvi birləşmələrin enerji
ayrılması ilə sadə maddələrə parçalanması maddələr mübadiləsi prosesi adlanır.
hissə-hissə orqanizmin öz maddələrinə çevrilir. Bu proses assimilyasiya adlanır. Assimilyasiya ilə sıx
əlaqəli dissimilyasiya prosesi də gedir. Yəni canlı orqanizmin maddələri dəyişməz qalmır, az və ya çox sonra
enerji ayrılması ilə parçalanır. Onların yerini assimilyasiya nəticəsində yaranan yeni maddələr tutur.
Orqanizmin maddələr mübadiləsi qalıqları orqanizmdən xaric olunur.