3.1.3 Dişlər
Dişlərin funksiyası qidanın mexaniki emalından ibarətdir. Hər bir dişin diş tacı, diş əti
ilə əhatə olunmuş boyun hissəsi və müvafiq sümük alveollarına (üst, alt çənənin və ya
kəsici sümüklərin) daxil olmuş (birləşmiş) kök hissəsi var.
Şəkil 67.İnəyin dişləri
|
Şəkil 68. Dişin quruluşu
|
Dişlər tərkib etibarilə dentin, emal, sement və özək hissədən ibarətdir. Dentin əsas
hissə hesab olunur. Dişin kökündən başlayaraq diş boşluğunu qan damarları və sinir
sistemi ilə təchiz olunmuş özək hissə ilə doldurur.
Gödək taclı və uzun taclı dişlər olur. Gödək taclı dişlərdə emal dentin təbəqəni ancaq
tac hissədə kalpaqşəkilli örtür, sement isə dişin kök hissəsini örtür. Uzun taclı dişlərdə
dişin tacı ilə bərabər kökü və sürtünən qırışlı səthi də emalla örtülmüş olur.
Gödək taclı dişlərə bütün süd dişləri, İBM-nın daimi kəsici dişləri, donuzların bütün
dişləri aiddir. Uzun taclı dişlərə at və İBM-nın bütün daimi dişləri aiddir.
Şəkil 69. 18 aylıq XBH-nın üst və alt çənə sümüyü