3.1.2 Dil
Dil hərəkətli əzələ orqanıdır, hansı ki, vəzifəsi qidanı tutub çeynənməsi üçün dişlərin
arasına salmaq və ağız boşluğundan udlağa ötürmək, qidanın xüsusiyyətini və
keyfiyyətini müəyyən etməkdir. Dilin kökü, əsas (bədən) hissəsi və yuxarı (uc) hissəsi
var.
Dilin kökü qırtlaqdan axırıncı daimi dişə qədər uzanır. Dilin əsası daimi dişlərin
arasına sərilib. Dilin uc hissəsi öndə sərbəst yerləşən hissədir. Dilin üst səthi bel hissəsi
adlanır. Ağız boşluğunun selikli qişası dilin alt hissəsində qırışlar əmələ gətirməklə
dilin birləşdirici pərdəsini yaradır. Dil əzələlərinin uzununa, eninə və dikinə yönəlmiş
lifləri var. Onlar yığılaraq dili qısaldır, sıxlaşdırır, məhdudlaşdırır. Dilaltı sümüklərə
və çənələrə gedən əzələlər dili irəli-geri çəkib, yanakı hərəkətlər etdirərək yemi udlaq
nahiyəsinə ötürürlər.
Şəkil 66. Atın, inəyin və donuzun dili
|
1. dilaltı sümük
2. yastığabənzər
məməciklər
3. dilin yastığı
4. konusşəkilli
məməciklər
5. sapşəkilli məməciklər
6. dilin kökü
7. dilin və dilaltı
sümüyün əzələləri
8. dilin əsası
9. göbələyəbənzər
məməciklər
10. dilin birləşdirici
pərdəsi
11. dilin ucu
12. yarpaqşəkilli
məməciklər
13. dilin novcuğu
14. dilin xirtdənəyi
(qığırdağı)
|
İBM-nın dili bərk, qalın olmaqla dilin belinin arxa yarısında təpəcik formalı dil yastığı
var. Sapabənzər məməciklər iri və qalındır. Məməciklərin epitel toxumaları güclü
buynuzlaşmışdır. Dilin hər tərəfində 8-17 yastıqşəkilli məməciklər var. Yarpaqşəkilli
məməciklər yoxdur.