Bioloji aktiv maddələr üzvi birləşmələrin xüsusi qrupuna aiddir. Onların
köməyi ilə orqanizmin maddələr mübadiləsi, böyümə və inkişaf prosesləri
tənzimlənir. Orqanizmdə sintez olunan bir sıra bioloji aktiv maddələr
heyvanların özlərinin və digərlərinin diqqətini cəlb edir. Məsələn: heyvanlar
müxtəlif bioloji aktiv maddələrin köməyi ilə əks cinslərinin diqqətini cəlb
edə və ya düşmənlərini qorxuda bilir. Bitkilər isə bir sıra digər bitkilərin və
torpaq mikroorqanizmlərinin inkişafını dayandıra və ya tənzimləyə bilir.
Bioloji aktiv maddələrə vitaminlər, hormonlar, feromonlar, alkoloidlər,
antibiotiklər və s. aiddir.
3.1 Müxtəlif heyvan növlərində həzm orqanları
Həzm sistemi vasitəsilə orqanizm və ətraf mühit arasında maddələr mübadiləsi prosesi
gedir. Həzm sistemi orqanları vasitəsilə orqanizmə bütün zəruri maddələr (zülallar,
yağlar, karbohidratlar, mineral duzlar, vitaminlər) daxil olur və onların müəyyən
hissəsi (mübadilə məhsulunun müəyyən hissəsi və həzməgetməyən qida məhsulu)
ətraf mühitə ifraz olunur.
Həzm yolu əzələ lifləri və qişalı təbəqədən ibarət boş boruya bənzəyir. O, ağız
boşluğundan başlayır və anus dəliyində qurtarır.
Həzm yolunun uzunluğu boyunca udulmuş qidanın qarışması və orqanizm tərəfindən
mənimsənilməsini təmin edən xüsusi şöbələri var: ağız boşluğu, udlaq, qida borusu,
mədə, nazik və yoğun bağırsaqlar, düz bağırsaq və anus.
Qoyunun mədəsi (açılmış şəkildə):
Şəkil 62. Qoyunun mədəsi
|
1. qida borusu
2. işkənbə
3. tor
4. kitabça
5. qursaq
6. onikibarmaq bağırsaq
7. novcuq (mədənin bir hissəsi
|