Qoyunların
yemlənməsində
maksimum effetliliyi
almaqdan ötrü
mikroorqanizmlərin
həyat fəaliyyəti
üçün işkənbədə
optimal şəraiti (38-
42°C temperatur,
turşuluq göstəricisi
(pH-ı) 5,5-6,5 olan,
qazlarla təmin
olunmuş daimi
maye mövcudluğu)
olan anoerob mühit
olmalıdır. Gövşəmə
zamanı qaba yemlər
xırdalanır, ağız
suyu hopdurulmuş
kütləyə çevrilir.
Gövşəmə
nəticəsində gün
ərzində qoyunlarda
6 litr ağız suyu
əmələ gəlir.
|
İBM-nın həzm sisteminin sxemi:
|
Müxtəlif yemlərin tərkibində olan qida
maddələri 6 qrupa bölünür. Onlardan
3-ü (zülal, yağ və karbohidratlar)
orqanizmi enerji ilə təmin edir.
Digərləri (vitaminlər, mineral maddələr
və su) isə enerji ehtiyatına malik
deyil. Bütün bu qida maddələri enerji
təminatçısı funksiyası ilə bərabər,
plastiki (orqanizmin quruluşunun
inşasında və sekresiya vəzilərinin
şirə hazırlamasında) funksiyaya da
malikdirlər.
|