Ensiz
sifəti, nazik hərəkətli dodaqları, çəpəki düzülmüş kəsici dişləri və üst çənədəki bütöv
sümüyün hesabına qoyunlar kiçik gövdəli otları, kiçik yarpaqları və bitkilərin digər
hissələrini otlaya bilir. Ancaq xırdabuynuzlu heyvanlar (qoyun, keçi) sahədə biçin
zamanı tökülmüş ayrı-ayrı dənləri (taxıl və alaq otu toxumlarını) götürüb (dişləri ilə)
yeyə bilir və qarğıdalı dənini qıçadan təmizləyib yeyir. XBH acı, şor, tikanlı səhra və
düzənlik bitkiləri ilə qidalana bilir.
Qoyunların mədəsi dördkameralıdır: ön mədəciyin (işkənbənin) həcmi 15-20 litr, torun
həcmi 1-3,5 litr, kitabçanın həcmi 0,5 litr və qursağın həcmi 2 litrdir. Bağırsaqlarının
uzunluğu bədənin uzunluğundan 25 dəfə böyükdür. Qidalanmanın fizioloji əsasını
digər gövşəyən heyvanlarda olduğu kimi, işkənbədə həzmetmə təşkil edir. Bitki
mənşəli yemlərin əsas kütləsi işkənbədə mikroorqanizmlər tərəfindən işlənilir. Qoyun
orqanizminin mənimsədiyi qida maddələrinin 70%-ə qədəri mikrob və infuzorların
həyat fəaliyyətinin məhsuludur. Ön mədədə, əsasən, işkənbədə gün ərzində 145 qram
bakteriyalar və 115 qram infuzorlardan ibarət 260 qram mikrob maddəsi yaranır. Bu
maddə 114 qram protein (heyvan mənşəli), 60 qram karbohidrat, 33 qram lipid (yağ) və
30 qram küldən ibarətdir.
Şəkil 59. XBH-ın həzm sistemi
Qüvvəli ayaqları və bərk dırnaqları xırdabuynuzlu heyvanlara sərt dağlıq sahələrdə
və yamaclarda otlamağa imkan verir. Onlar gün ərzində otlaqlarda böyük məsafə
qət edə bilir. Hərəkətlilik nəticəsində işkənbədə qidanın qarışması intensivləşərək
həzmolunmanı səmərəliləşdirir.