9. Qoyunların tənəffüs tezliyini göstərin? | |
A) 12-25 B) 12-32 |
C) 16-30 D) 8-18 |
10. İBM-nın ağciyərlərinin həyati həcmini təşkil edən tənəffüs, əlavə və ehtiyat hava neçə litrə bərabərdir? | |
A) 30 B) 20 |
C) 15 D) 10 |
Təlimlərin nəticəsi olaraq həzm sistemi və həzm
orqanlarının quruluşu, qida maddələri, bioloji aktiv
maddələr haqqında təlim iştirakçılarının təsəvvürü
artacaq. Qaramal, qoyun, quşlar və sair heyvanların
həzm orqanları, qida maddələrinin parçalanması,
maddələr mübadiləsi, qida maddələrinin heyvan
orqanizmində həzm olunması proseslərini öyrənməklə
yanaşı, orqan və hüceyrələrin işi barədə praktiki
bacarıqları da əldə edəcəklər.
3. Həzm prosesi və həzm
orqanlarının quruluşu, qida
maddələri, bioloji aktiv maddələr
Otyeyən gövşəyən heyvanların içində qoyunlar bitki ehtiyatlarından effektiv (səmərəli) istifadə edir. Yemlənmə prosesi üç ardıcıl və əlaqəli mərhələdən ibarətdir: • Mexaniki • Mikrob • Kimyəvi Qoyunların 32 dişi var. Onlardan 8-i kəsici dişlər olaraq alt çənənin ön hissəsində, 24 daimi dişi isə alt və üst çənələrdə (hər tərəfində 6 diş olmaqla, hər bir çənədə 12 diş) yerləşir. Üst çənənin ön hissəsində kəsici dişləri bərk əzələ toxuması (yastıq) formasında bütöv sümük əvəz edir. |