5.
Hüceyrələrin oksigeni istifadə etməsi və karbon qazını ayırması.
Xarici tənəffüs döş qəfəsinin ritmik tənəffüs hərəkəti (nəfəsalma - nəfəsvermə) nəticəsində baş verir.
Nəfəsalma zamanı döş qəfəsinin həcmi böyüyür, ağciyərlər genişlənir, təzyiq atmosfer təzyiqindən aşağı düşür
və hava havayolları vasitəsilə ağciyər alveollarına daxil olur. Nəfəsvermə zamanı tənəffüs əzələləri
boşalır, döş qəfəsi qabırğa qığırdaqlarının elastikliyi və öz ağırlığı sayəsində başlanğıc vəziyyətə
qayıdır. Bu zaman döş qəfəsinin həcmi kiçilir və hava xaricə itələnir.
Üç tip tənəffüs mövcuddur: döş qəfəsi, qarın boşluğu və qarışıq nahiyələrin vasitəsilə.
Kənd təsərrüfatı heyvanlarında tənəffüs tezliyi
|
İBM
|
12-25
|
Qoyun
|
16-30
|
At
|
8-16
|
Donuz
|
15-20
|
Toyuqlar
|
12-32
|
Döş qəfəsi vasitəsilə tənəffüs zamanı ancaq döş qəfəsinin divarları iştirak edir. Qarın boşluğu vasitəsilə
tənəffüs zamanı qarın əzələləri və diafraqma iştirak edir. K/t heyvanlarında adətən qarışıq tənəffüs sistemi
baş verir.
Tənəffüs tezliyi heyvanın yaşından, məhsuldarlığından, günün vaxtından, ətraf mühitin temperaturundan və bir
sıra digər faktorlardan asılı olaraq dəyişir.
Ağciyər hava tutumu üzrə tənəffüs, əlavə, ehtiyat, qalıq və həmçinin həyati hava tutumu ilə xarakterizə
olunur. Tənəffüs havası dedikdə heyvanın sakit vaxtı nəfəs alıb- verdiyi hava başa düşülür. İBM və atlarda 6
litrə bərabərdir. Əlavə hava heyvan dərin nəfəs alan zaman tənəffüs havasından artıq udduğu havaya deyilir.
Bu, İBM-da 12 litrə bərabərdir. Normal nəfəsvermədən sonra da heyvan əlavə 12 litr hava xaric edə bilər. Bu
hava ehtiyat hava adlanır.
Tənəffüs, əlavə və ehtiyat hava heyvanın ağciyərlərinin həyati həcmini (tutumunu) təşkil edir. İBM-da və
atlarda 30 litrə bərabərdir.
Lakin maksimum dərindən nəfəsvermə zamanı belə ağciyərlər havadan tam azad olmur, onlarda qalıq hava
qalır, hansı ki, atlarda 10 litr təşkil edir.
Tənəffüs orqanlarının ritmik fəaliyyətini onurğa beynində yerləşən tənəffüs mərkəzi koordinasiya
edir.