►
Avtomatiklik xarakterik xüsusiyyət olmaqla, impulsların təsiri olmadan orqanın özündə
həyəcanlanması
ritmik
yığılma qabiliyyətidir.
2.5 Tənəffüs orqanları
Tənəffüs orqanları burun boşluğu, udlaq (hülqum), qırtlaq, traxeya və ağciyərlərdən ibarətdir. Burun boşluğu
kəllə sümüyünün üz hissəsinin sümükləri hesabına yaranmışdır. Qığırdaq arakəsməsi ilə iki yerə (sağ və sol
hissə) bölünür, burun seyvanı isə burun yollarını əmələ gətirir: yuxarı, orta, aşağı və ümumi.
2.5.1 Tənəffüs orqanlarının quruluşu
Tənəffüs orqanlarına havadaşıyıcı yollar və ağciyərlər aiddir. Havadaşıyıcı yollar burun boşluğu, qırtlaq,
traxeya, bronxlar və onların şaxələrindən ibarətdir. Burun boşluğu kəllə sümüyünün üz hissəsində yerləşir və
ağız boşluğundan damaq vasitəsilə ayrılır. Burun boşluğu oxları kəllə sümüyünün hissələri və qığırdaqları
ilə əmələ gəlir. Orta qığırdaq arakəsmə ilə iki yerə (sol və sağ) bölünür. Hər yarımhissənin burun deşiyi və
çıxış hissəsi (udlaq nahiyəsinə) var.
Qırtlaq - hava burun boşluğu ilə hərəkət edərək udlağa və daha sonra qırtlağa (traxeyanın ön genişlənmiş
hissəsinə) düşür. Qırtlağın əsasını bağlarla birləşmiş 5 qığırdaq təşkil edir. Onların ən genişi qalxanvari
qığırdaqdır. Udma zamanı o, aşağı düşməklə qırtlağın girişini qapayır və traxeyaya qida düşməsinin qarşısını
alır. Qırtlağın içərisində isə selikli təbəqənin cüt qırışlarına bənzər qığırdaqarası bağları var. Qırtlağın
selikli divarı havadaşıyan digər yollar kimi titrəyici epitellə örtülüdür.
Traxeya və bronxlar - Hava axını qırtlaqdan keçməklə traxeya və iki əsas bronxa çatır. Onların divarları
qığırdaq həlqələrdən ibarət olduğundan sıxılaraq hava axınına maneçilik etməsi istisna olunur. Boyunun
uzunluğundan asılı olaraq, heyvanların traxeyasında qığırdaq həlqələrinin sayı 32-60 arası olur.
Bronxların diametrinin kiçilməsi ilə qığırdaq həlqələr xırda bronxlarda getdikcə əzələ qatı ilə əvəz
olunur.
Ağciyərlər konusşəkilli, bir neçə hissədən ibarət, döş qəfəsində yerləşən cüt orqanlardır. Qabarıq hissəsi
döş qəfəsinə doğru yönəlmişdir. Sol ağciyər sağdan kiçik olur. Ağciyərdə birləşdirici oxlar və parenxima
var. Birləşdirici toxuma ağciyərlərin hər bir hissəsini kiçik çoxüzlüyəbənzər deşikləri (gözləri) olan
hissələrə bölür. Ağciyərlər xaricdən ciyər plevrası ilə örtülüdür (hansı ki, sonra döş hüceyrəsinə
çevrilir). Bu qayda ilə ağciyərlər hermetik qapalı döş qəfəsində sərbəst şəkildə yerləşir, ancaq səthi ilə
qabırğa, onurğa sütunu və döş sümüklərinə birləşmir. Plevral boşluqda təzyiq atmosfer təzyiqindən aşağı
olur.
2.5.2 Tənəffüs prosesi
Tənəffüs - orqanizmi oksigenlə təmin etmək və karbon qazını orqanizmdən xaric etmək proseslərinin
məcmusudur:
1.
Xarici mühit və alveollar arasında hava mübadiləsi (xarici tənəffüs);
2.
Alveolyar hava və qan arasında qaz mübadiləsi (ağciyərlərdə qaz mübadiləsi);
3.
Qazların qanla daşınması;
4.
Qan və toxumalar arasında qaz mübadiləsi;