Şəkil 52. Kiçik qan dövranı
Şəkil 53. Böyük qan dövranı
|
2.3.2 Kiçik qan dövranı (KQD)
Bütün daxili orqanlardan venoz qan sol və sağ boş venalar vasitəsilə sağ qulaqcığa daxil olur. Venoz qan hissələrlə sağ qulaqcıqdan sağ mədəciyə daxil olur və buradan ağciyər arteriyası ilə ağciyərə istiqamətlənərək ağciyər toxumasına karbon qazını verib, oksigenlə zənginləşir. Oksigenlə zənginləşmiş qan ağciyər venaları ilə sol qulaqcığa daxil olur. Qanın sağ mədəcikdən ağciyərlərə və oradan sol qulaqcığa axması kiçik qan dövranı adlanır. Kiçik qan dövranının vəzifəsi karbon qazının uzaqlaşdırılması və oksigenlə zənginləşmədən ibarətdi 2.3.3 Böyük qan dövranı (BQD) Sol qulaqcıqdan qan sol mədəciyə daxil olur. Oradan isə ən böyük arteriya damarına – aortaya axır. Aortadan şaxələnmiş nisbətən nazik arteriya damarları çıxır. Orqan və toxumalar kiçicik qan damarları (çox nazik divarları olan arterial kapillyarlar) vasitəsilə qanla təchiz olunurlar. Kapillyarlar bədənin bütün toxumalarına daxil olur, oksigeni verərək karbon qazı ilə zənginləşib venoz qana çevrilir. Toxuma və orqanlardan yenidən əvvəlcə venoz kapillyarlara, sonra venalara axır. Qan sol mədəcikdən arterial damarlarla hərəkət edərək vena damarlarına və sonda sağ qulaqcığa daxil olmaqla böyük qan dövranını yaradır. Böyük qan dövranının vəzifəsi qida maddələri və oksigenlə zənginləşmiş qanla bədənin bütün orqan və toxumalarını təchiz etməkdir. 2.4 Ürək Orqanizmdə qanın hərəkətini təmin edən əsas orqan ürəkdir. Ürək konusşəkilli formada olan boş əzələ orqanıdır. Ağciyərlərin arasında döş nahiyəsində 3,5 və 6-cı qabırğaların səviyyəsində yerləşir. Uzununa arakəsmə ilə iki (sağ və sol) bir-biri ilə əlaqəsi olmayan hissələrə bölünür. Hər bir yarım hissə özü də iki hissəyə bölünür: qulaqcıq (yuxarı hissə) və mədəcik (aşağı hissə). Ürəyin qulaqcıq və mədəcikləri öz aralarında klapanlar vasitəsilə birləşirlər. Ürəyin klapanları qanı ancaq bir istiqamətdə buraxır. Onlar sağ mədəcikdən ağciyər arteriyasına çıxışda və sol mədəcikdən aortaya çıxışda yerləşirlər. |